Netflix Inc. bildirir ki, son 8 ildə ilk dəfə olaraq ABŞ-da müştəri itirməyə başlayıb və xaricdə yeni abunəçilərin cəlb olunması ilə bağlı hədəfləri vura bilməyib.
Bu açıqlamadan sonra Netflixin səhmləri 12% faiz dəyər itirib.
Netflix 3-cü rübdə 7 milyon yeni müştəri cəlb edəcəyini proqnozlaşdırır.
Son məlumata görə, apreldən iyunadək 130 000 amerikalı Netflixə abunə olmağı dayandırıb.
Dünyanın dominat video xidməti ötən rübdə premyeri edilən yeni şouların müştərin diqqətini cəlb etmədiyini bildirib. Bundan əlavə, abunə qiymətlərindəki artımlar bəzi müştəriləri qaçırıb.
Şirkət bildirir ki, ABŞ-dan kənarda dünya boyu Netflixə 2.83 milyon adam abunə olub. Bu rəqəm analitiklərin 4.8 milyon civarında müəyyən etdiyi gözləntilərdən xeyli aşağıdır.
Analtiklər həmçinin ABŞ-da 352 000 yeni abunəçi gözləyirdilər.
Netflix 3-cü rübdə 7 milyon yeni müştəri cəlb edəcəyini proqnozlaşdırır.