Accessibility links

Netflix Uoll Stritin narahatlıqlarına baxmayaraq, izləyici artımında rekorda imza atıb


Netflix Uoll Stritin narahatlıqlarına baxmayaraq, izləyici artımında rekorda imza atıb
please wait

No media source currently available

0:00 0:01:17 0:00

Üçüncü rübdə müşahidə edilən rekord sayda yeni izləyicilərin sayı, Netflix-in dünya üzrə müştəri bazasını 137 milyon nəfərə qədər artırıb. Şirkət dünyanın ən böyük online video abunə xidməti olaraq qalmaqda davam edir.

Bu ilin əvvəlindən səhmlərinin 78 faiz artdığı Netflix-in səhmlərində daha 14 faiz artım müşahidə edilib və hal-hazırda bir səhmin dəyəri 394.25 dollardır.

Bu rübün nəticələri Uoll Strit tərəfindən təəccüblərə səbəb olub, belə ki, Netflix daha öncəki rübdə qoyulan hədəflərə çata bilməmişdi.

Netflix-in səhmlərinin artımı Alphabet, Facebook, Amazon şirkətlərinin səhmlərininin 1 faiz yüksək qiymətlə satılmasına təsir edib. Bu dörd şirkət yüksək sürətlə böyüyən texnologiya şirkətlərinin aparıcı nümayəndələridir və əvvəlki illərdəki sürətli artımlarından sonra son aylarda onların artım tempində ləngimə müşahidə edilib.

Netflix özünün əyləncə proqramına 8 milyard dollardan çox sərmayə qoyur və bununla daha çox insanı öz məhsuluna cəlb etməyə ümid edir.

XS
SM
MD
LG