Ukrayna müharibəsində son baş verənlər:
- Avropa Komissiyası cümə günü Ukrayna taxılını məhdudiyyətlər tətbiq edən beş Aİ ölkəsindən tranzitini bərpa etmək barədə prinsipdə razılıq əldə edib.
- NATO müttəfiqləri 1550-dən çox zirehli maşın və 230 tank daxil olmaqla, demək olar bütün döyüş maşınlarını Ukraynaya çatdırıblar.
- Prezident Vladimir Putin cümə günü Rusiya qanunvericiləri ilə görüşdə deyib ki, Moskva onun sözlərinə görə, Qərbin “iqtisadi təcavüzünə” qarşı çıxmaq üçün Avrasiya, Afrika və Latın Amerikası ölkələri ilə əlaqələri genişləndirəcək.
Şənbə günü Krımın liman şəhəri Sevastopolda yanacaq anbarında yanğın baş verib. Qubernator Mixail Razvojaev deyib ki, ilkin məlumatlar yanğına dron hücumunun səbəb olduğuna işarə edir. Krım yarımadasında yerləşən Sevastopl 2014-ci ild Rusiya tərəfindən Ukraynadan ilhaq edilib. Rusiya Sevastopola bir sıra hava hücumlarına görə Ukraynanı günahlandırıb.
Rusiyanın cümə günü Ukraynaya qanadlı raketlə zərbələri “Rusiyanın uzun-mənzilli zərbələrdən uzaqlaşdığına işarə edir.” Bunu şənbə günü Britaniya Müdafiə Nazirliyi Twitter-də Ukraynadakı müharibə ilə bağlı gündəlik kəşfiyyat açıqlamasında bildirib.
Nazirlik qeyd edib ki, zərbələr dalğasında “qışdakından daha az raket istifadə olunub və onların Ukraynanın enerji infrastrukturlarını hədəf aldığını ehtimalı azdır.” “Rusiyanın Ukrayanın ehtiyat bölmələrinə və bu yaxınlarda Ukraynaya verilən hərbi təchizatların qarşısını almağa çalışdığına dair real ehtimal var.”
Britaniya nazirliyi deyib ki, “Rusiya səmərəsiz hədəfləmə prosesi həyata keçirir və mülki şəxslərin ölümləri də daxil olmaqla, yan zərərlərin qarşısını almaqdan daha çox qəbul edilən hərbi zərurətə üstünlük verir”.
Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü gündəlik müraciətində Rusiyanın kütləvi hava hücumlarını qınayıb. Bu, son bir neçə ilk dəfər ki, geniş-miqyaslı hava hücumları həyata keçirilir.
Ukraynanın mərkəzində yerləşən Uman şəhərində cümə axşamından cüməyə keçən gecə atıran raket nəticəsində azı 23 mülki vətəndaş həyatını itirib.
“Umana, dinc, bütün dünyada hər il on minlərlə həsidi zəvvara ev sahibliyi etməklə tanınan şəhərə raket… Yalnız mütləq şər Ukraynaya qarşı belə terror edə bilər,” Zelenski deyib.
“”Mənim qonşularım yoxdur. Heç kəs qalmadı,” yeddi mərtəbədəki mənzilində sağ qalan 58 yaşlı Serhii Lubivski Reuters-ə deyib.
O və həyat yoldaşı balkonlarına qaçıb və daha sonra yanğınsöndürənlər onları oradan xilas edib.
Ölənlər arasında üç uşaq var. Binanın raketin düşdüyü hissəsində təxminən 109 nəfər yaşayırdı. Partlayış nəticəsində 27 mənzil dağılıb.
Ukraynanın cənub-şərqində Dripro şəhərində raket zərbəsi iki yaşlı uşaqla 31 yaşlı qadını öldürüb, qubernator Serhiy Lısak deyib.
Moskva Ukraynanın ehtiyatda olan qoşunlarını hədəf aldığını və onlara uğurla zərbə endirdiyini və cəbhə xəttinə çatmalarının qarşısını aldığını bildirib. Reuters-in bildirdiyinə görə, Rusiya bu iddialarını dəstəkləmək üçün dəlil irəli sürməyib.
Zelenski isə bir daha vurğulayıb ki, yalnız ağır silahlar müharibəyə son qoya və həyatları xilas edə bilər.
“Təəssüf ki, hələ də işğal olunmuş ərazilərdə olan xalqımızın təhlükəsizliyini təmin etmək üçün hava hücumlarından müdafiə, müasir təyyarələr, artilleriya, zirehli maşınlara ehtiyac var,” o deyib. “Biz heç kəsi Rusiya şərinin gücünün altında qoya bilmərik.”
Aİ-nin taxıl sövdələşməsi
Avropa Komissiyası cümə günü bildirib ki, Ukrayna taxılının idxalları qadağan edən beş Aİ ölkəsi vasitəsilə tranzitini bərpa etməsi ilə bağlı prisinpə razılıq əldə edib.
Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya və Slovakiya Ukraynadan başqa ölkələrə ixrac edilməsi nəzərdə tutulan taxılın onların yerli bazarlarına çıxmasından və yerli fermerlərin qiymətlərini azaltmasına gətirib çıxarmasından narahatlığını ifadə edib.