Accessibility links

ABŞ-ın Ukraynada müharibə ilə bağlı məxfi sənədləri sızdırılıb


Ukrayna əsgəri Ukraynanın Luhansk regionunda Kremenna yaxınlığında Rusiya mövqelərinə haubitsadan atəş açır. 5 aprel, 2023.
Ukrayna əsgəri Ukraynanın Luhansk regionunda Kremenna yaxınlığında Rusiya mövqelərinə haubitsadan atəş açır. 5 aprel, 2023.
  • Rusiyanın bu qış Ukraynanın enerji sistemini “ciddi şəkildə deqradasiyaya uğratmaq” kampaniyası, güman ki, iflas edib. Bu barədə şənbə günü Britaniya Müdafiə Nazirliyi Twitterdə yazıb. Rusiyanın Ukrayna enerkisinə qarşı geniş-miqyaslı hücumları mart ayından bəri azalsa da, nazirliyin bildirdiyinə görə, Rusiya Ukraynanın enerji təchizatına zərər vurmaq planına “böyük təsiri” olmayan kiçik hücumlarını davam etdirib.
  • Save Ukraine xeyriyyə təşkilatının məlumatına görə, rusların Xerson və Xarkiv bölgələrindən qaçırdığı 31 uşaq bir neçə ay boyunca valideynlərindən uzaq qalandan sonra Ukraynaya qaytarılıb. Ukraynalı uşaqların ailələrindən uzaqlaşdırılmaları Rusiya Prezidenti Vladimir Putinə qarşı müharibə cinayəti ittihamlarının qaldırılmasına gətirib çıxarıb.
  • ABŞ Maliyyə Departamentinin yüksək vəzifəli rəsmisi cümə günü deyib ki, Pekinin Kremllə görünən dostluğuna rəğmən Çinin Rusiyanı material dəstəklə təmin etdiyinə dair bir sübut yoxdur.
  • İnterfaks xəbər agentliyinin bildirdiyinə görə, rusiyalı müstəntiqlər The Wall Street Journal-ın müxbiri İvan Gerşkoviçi casusluqda ittiham ediblər.
  • Rusiyalı qanunvericilər cümə günü terror və təxribatda təqsirli bilinənlər üçün hazırda olan 15 illik həbs cəzasını 20 ilə qədər çıxarmağı təklif edib. Bu barədə yerli xəbər agentlikləri məlumat yayıb. Rusiyada “terror aktı” həyata təhlükə yaradan və ölkədə sabitliyi pozmaq məqsədi daşıyan əməl kimi təsnif edilir.
  • Ukrayna ordusunun baş qərargahı cümə günü bildirib ki, Ukrayna və Rusiya qüvvələri arasında Baxmut uğruna döyüş qızışır. Rusiya qüvvələri şərqdəki şəhərə “tam nəzarəti” ələ keçirməyə çalışır.

The New York Times xəbər verir ki cümə günü sosila media saytlarında ABŞ-ın Ukraynadan tutmuş Yaxın Şərq və Çinə kimi bir çox ölkələrlə bağlı milli təhlükəsizlik sirrlərinin təfərrüatlarını paylaşan yeni məxfi sənədlər toplusu yayılıb.

ABŞ-ın üç rəsmisi cümə günü Reuters-ə bildirib ki, bir qədər öncə ABŞ-ın Ukraynadakı müharibə ilə bağlı təhrif olunmuş, bir aylıq görüşünü əks etdirən bir neçə məxfi hərbi sənədlərinin yayılmasının arxasında çox güman ki, Rusiya və ya Rusiyayönlü elementlər dayanır.

ABŞ rəsmiləri deyib ki, sənədlərdə Rusiya qüvvələrinin verdiyi itkilərin sayının azaldıldığı görünür. Onlar əlavə edib ki, onların qiymətləndirməsi qeyri-rəsmi və məsələ ilə başladılan təhqiqatdan ayrı aparılıb. Sənədlərdə həmçinin Amerikanın Ukraynada müharibədə ölənlərinin sayı ilə bağlı təxminləri də şişirdilib.

Ukrayna lideləri cümə günü Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanlığının qərargahında gprüş keçirərək ABŞ və NATO-nun ölkənin Rusiyaya qarşı əks hücumuna yardım etmək planlarının təfərrüatlarını açıqlayan sənədləri müzakirə edib. Ukrayna Prezidenti Volodimir Zelenski iclasda iştirak etsə də, sızdırılan sənədlərdən bəhs etməyib.

The New York Times-ın məlumatına görə, hərbi məlumatların sosial mediada yayıldığı bildirilir.

Ukrayna Prezident aparatının başçısının müşaviri Mixaylo Podolyak deyib ki, bu sızıntının mənbəyi yalnız Rusiya Federasiyasının kəşfiyyatı ola bilər, çünki rəqəmlər Rusiyanın xeyrinə olan təhrif olunub. Podolyak əlavə edib ki, o, bu məlumatın, o cümlədən Ukrayna Baş Qərargahının inkişaf etdirdiyi planları ilə bağlı məlumatların paylaşılmasında bir risk görmür.

Times cümə axşamı yazıb ki, sənədlərdə hücumun nə zaman və harda baş verəcəyi açıqlanmayıb, amma onların sızdırılması müttəfiqlər arasında etimada təsir göstərə bilər, çünki orada Qərb tərəfindən silahların çatdırılması və Ukrayna qoşunlarının təlimi üçün vaxt qrafiki yer alıb.

Qəzet həmçinin əlavə edib ki, ABŞ rəsmiləri sənədlərlə bağlı postları silməyə çalışır.

Ağ Ev şərh istəyinə dərhal cavab verməyib.

Pentaqonun sözçüsü ilə emai-lə cavabında “Biz sosial media postları ilə bağlı xəbərlərdən xəbərdarıq və nazirlik məsələni araşdırır.”

XS
SM
MD
LG