Accessibility links

Trampa qarşı yeni ittiham irəli sürülə bilər


Sabiq ABŞ Prezidenti Donald Tramp.
Sabiq ABŞ Prezidenti Donald Tramp.

Sabiq ABŞ Prezidenti Donald Tramp deyir ki, ona qarşı yenidən ittiham irəli sürülə bilər.

Tramp çərşənbə axşamı “Truth Social” adlı sosial media platformasında yazıb ki, xüsusi prokuror Cak Smit ona bildirib ki, o, Smitin yanvarın 6-da ABŞ Kapitolisinə hücum və 2020-ci il prezident seçkisinin nəticələrini ləğv etmək səyləri ilə bağlı təhqiqatının “hədəfi”dir.

Sabiq prezident yazıb ki, o, bildirişi bazar gecə alıb və ona onunla bağlı araşdırma aparan böyük münsiflər heyəti qarşısına könüllü şəkildə çıxması üçün dörd gün vaxt verilib.

Tramp yazıb ki, hədəf məktubu göndərmək “demək olar hər zaman həbs və ittihamın irəli sürülməsi deməkdir.”

Hüquqi ekspertlər razılaşır ki, belə görünür xüsusi prokurorun Trampla bağlı aylardır apardığı araşdırma yaxında ittihamla yekunlaşacaq.

Keçmiş federal prokuror və hazırda Amerikan Universitetinin Texnologiya, Hüquq və Təhlükəsizlik Proqramının baş elmi işçisi olan Pol Rozenviq deyib ki, hədəf məktubu “demək olar həmişə münsiflər məhkəməsindən ittiham verilməsi tələb olunandan qısa müddət öncə göndərilir.”

Bu, Trampa qarşı son aylarda irəli sürülən ikinci federal ittiham olacaq.

Ötən ay ona 2021-ci ildə Ağ Evdən gedəndən sonra məxfi sənədlərin yanlış saxlanılması iddiası ilə ittihamlar irəli sürülmüşdü və bununla da o, federal ittihamlarla üzləşən birinci sabiq ABŞ prezidenti oldu. Tramp həmin işdə günahsız olduğunu bildirib və xüsusi prokurorun təhqiqatını “seçkiyə müdaxilə” adlandırıb.

Sənədlərlə bağlı məhkəmə işində Trampa bildiriş ona ittihamlar irəli sürülmədən təxminən 20 gün öncə göndərilmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. "Hizbullah" lideri: Müharibə başlasa, İsraildə "təhlükəsiz yer olmayacaq"
please wait

No media source currently available

0:00 0:10:01 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG