Accessibility links

Rusiyada 144 nəfərin ölümü ilə nəticələnən hücumda şübhəli bilinən başqa bir şəxs daha həbs edilib


Basmannı Rayon Məhkəməsinin mətbuat xidməti tərəfindən 2024-cü il 27 aprel tarixində yayımlanan bu fotoda Crocus City Hall-da atışmada şübhəli bilinən Cumoxon Kurbonov Rusiyanın Moskva şəhərində məhkəmə qarşısına çıxarılıb.
Basmannı Rayon Məhkəməsinin mətbuat xidməti tərəfindən 2024-cü il 27 aprel tarixində yayımlanan bu fotoda Crocus City Hall-da atışmada şübhəli bilinən Cumoxon Kurbonov Rusiyanın Moskva şəhərində məhkəmə qarşısına çıxarılıb.

Moskva məhkəməsi mart ayında silahlı şəxslərin konsert zalına hücumuna yardım etməkdə şübəhli bilinən başqa bir nəfəri həbs edib. Bu barədə şənbə günü Mosvka Şəhəri Məhkəmələri Telegram kanalında yazıb.

Tacıkistan vətəndaşı Cumoxon Kurbonov hücumçuları kommunikasiya və maliyyə yardımı ilə təmin etməkdə ittiham olunur. Moskvanın Basmannı Rayon Məhkəməsi Kurbonovun istintaqa və məhkəmə müddətində mayın 22-dək həbsdə saxlanılmasına qərar verib.

Rusiyanın dövlət RIA Novosti xəbər agentliyi Kurbonovun aprelin 11-də xuliqanlıq maddəsi ilə inzibati qaydada 15 sutka həbs edildiyi bildirib. Rusiyanın müstəqil mətbuat orqanı olan Mediazone bildirib ki, bu, Rusiya təhlükəsizlik qüvvələrinin bir şəxsi ona qarşı cinayət işi hazırlanarkən həbsdə saxlamaq üçün tez-tez istifadə etdiyi bir taktikadır.

RIA Novosti-nin məlumatına gör, məhkəmə işi çərçivəsində on iki nəfər həbs olunub. Onlar arasında Crocus City Hall-da hücumu həyata keçirməkdə ittiham olunan dörd nəfər var.

Həmin dörd şəxs mart ayında terror ittihamları ilə eyni məhkəməyə çıxarılıb və üzərlərində döyüldüklərinə dair izlər olub. Onlardan birinin məhkəmə iclası zamanı az qalsın huşunu itirdiyi görünüb. Məhkəmə, medianın Tacıkistan vətəndaşları olduqları bildirdiyi dörd şəxsin, mayın 22-dək həbsdə saxlanmasına qərar verib.

Silahlı şəxslərin konsert zalında populyar rok qrupunun konserti üçün toplaşdığı insanları güllələyərək öldürdüyü qətliamın məsuliyyətini İslam Dövləti qrupunun bir qolu öz üzərinə götürüb. Ancaq Rusiya rəsmiləri, o cümlədən Prezident Vladimir Putin heç bir sübut irəli sürmədən Ukrayna və Qərbin hücumda rolu olduğunu iddia edib.

Ukrayna əlaqəsi olduğunu iddia edir və rəsmilər Moskvanın Ukraynadakı döyüşləri intensivləşdirmək üçün ittihamlardan bəhanə kimi istifadə etdiyini bildirir.

Forum

XS
SM
MD
LG