Accessibility links

Nyu-York hücumcusu İslam Dövlətinin təbliğatından "ruhlanıb"


Qanun-mühafizə orqanları rəsmilərinin dediyinə görə, bazar ertəsi Nyu-York şəhərinin metrosunda boru bombasını partladan şəxs İslam Dövlətinin təbliğatını İnternetdə izləyib. Həmin şəxs təhqiqarçılara Birləşmiş Ştatların hərbi təzavüzünə görə intiqam aldığını bildirib.

Hazırda ona qarşı terror təhlükəsi yaratmaq və terrorizmi dəstəkləmək kimi ittihamlar irəli sürülüb.

Akayed Ullahın ailə üzvləri hücuma görə dərin kədər hissi keçirdiklərini deyib. Lakin Ullahın ailə sözçüsü hüquq-mühafizə orqanları işçilərinin kobud rəftarından narazı olduqlarını deyib. “Biz hüquq-mühafizə orqanları əməkdaşlarının davranışından narazıyıq, belə ki, onlar 4 yaşlı uşağı soyuq havada küçədə saxlayıb, məktəbli uşağı sinifdən çıxararaq, vəkil və valideynləri olmadan dindirib. Bizim ədliyyə sistemindən gözləntilərimiz bu deyil və biz əminik ki, ədalət bu hücumun arxasında nəyin durduğunu müəyyən edəcək”.

Birləşmiş Ştatlara Banqladeşdən gələn 27 yaşlı Akayed Ullah üzərindəki partlayıcı qurğunu işə salarkən həm özü, həm də yaxınlıqdakı 3 nəfər yaralanıb.

Akayed Ullah bombanı Port Authority avtobus stansiyasından Times Square metro stansiyasına gedən tuneldə partladıb.

Ullah Birləşmiş Ştatlara “Ailə zənciri miqrasiyası” proqramı çərçivəsində ailə üzvlərinə qovuşmaq üçün gəlib. ABŞ prezidenti Donald Tramp bu proqramın milli təhlükəsizliyə qarşı olduğunu deyib.

Rəsmilər Ullahın təkbaşına hərəkət etdiyinə inanır.

Dünyaya Baxış

Dünyaya Baxış - 26 iyul 2021
please wait

No media source currently available

0:00 0:11:16 0:00

Amerika İcmalı

Amerika İcmalı - 23 İyul 2021
please wait

No media source currently available

0:00 0:29:57 0:00
XS
SM
MD
LG