Accessibility links

Nyu Yorkda yanğın 19 nəfərin ölümünə səbəb olub


Bazar günü Nyu Yorkda son 30 ilin ən dəhşətli yanğını baş verib. Bronks məhəlləsindəki yaşayış binasında qızdırıcının yanğına səbəb olması 9-u uşaq olmaqla, 19 nəfərin ölümünə səbəb olub.

Yanğınsöndürmə İdarəsinin komissarı Daniel Niqro yanğının bir mənzildə "nasaz işləyən elektrik qızdırıcıdan başladığını" və 19 mərtəbəli binanın ikinci və üçüncü mərtəbələrini əhatə etdiyini bildirib. Niqro deyib ki, mənzilin qapısı açıq qalıb və bu, tüstünün bütün binaya sürətlə yayılmasına şərait yaradıb.

Mənzillərində qapalı qalan bəzi sakinlər hava almaq üçün pəncərələri sındırıb, qapılarının altına yaş dəsmallar qoyub. Yanğınsöndürənlər tərəfindən xilas edilən bir adam tez-tez yanlış siqnallar verdiyi üçün yanğın barədə xəbərdarlıq siqnalına məhəl qoymadığını deyib.

Niqronun dediyinə görə, bəzi sakinlər tüstü qatı olduğuna görə qaça bilməyib". O, yanğınsöndürənlərin hər mərtəbədə ürək və tənəffüs tutulması vəziyyətində insanları binadan çıxardıqlarını bildirib.

Bronksun meri Erik Adamsın baş məsləhətçisi Stefan Ringelin bildirdiyinə görə, ölən uşaqların yaşı 16 və daha aşağı olub. Adams binanın sakinlərinin çoxunun əslən Qərbi Afrika ölkəsi olan Qambiyadan böyük bir müsəlman icmasının üzvləri olduğunu deyib.

Ringel 13 nəfərin ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyini, ümumilikdə 50-dən çox insanın xəsarət aldığını bildirib. Niqronun dediyinə görə, qurbanların əksəriyyəti tüstüdən zəhərlənib.

Bazar günü səhər saat 11 radələrində yanğının baş verdiyi 181-ci Şərq küçəsindəki binaya təxminən 200 yanğınsöndürən müdaxilə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 30-dan çox raket və pilotsuz təyyarəsini vurub
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG