Accessibility links

Nyu-York Milada hazırdır [Video]


Nyu-York Milada hazırdır
please wait

No media source currently available

0:00 0:01:40 0:00

Birləşmiş Ştatlar şəhərləri Milada demək olar ki, hazırdır. Milad mövsümü dekorasiyalarına gəldikdə isə Nyu-Yorkun Manhettan məhəlləsinin bayramsayağı bəzədilmiş, gözqamaşdırıcı küçələrini xüsusi qeyd etmək olar.

Nyu-Yorkda Mİlad bayramına hazırlıqlar çox vaxt aparır və bu şəhərin bəzədilməsində istifadə edilən dekorasiyalar şəhərdən bir saatlıq məsafədə yerləşən “Amerika Miladı”ndan gətirilir.

Nyu-York küçələri, mağazaları və ticarət mərkəzlərinin bəzənilməsində istifadə edilən müxtəlif dekorasiyalar bu, 44 min hektarlıq anbarda saxlanır. Bura mələklər, çələnglər, şam ağacı qozaları, konfetlər və müxtəlif işıqlarla doludur. “Amerika Miladı”nın icraedici direktoru Frederik Şvam: “Zamanla bəzi dəyişiklər edilir. Məsələn adi lampaların LED-lə əvəz edilməsi pozitiv bir dərişiklikdir. Nyu-Yorkun pərakəndə satış mərkəzləri əvvəlki illərdən fərqli olaraq istehsal mallarına daha artıq diqqət yetirirlər.”

Milada bir neçə həftə qalmış işçilərın işi xeyli artır. Belə ki, onlar yolkaları işıqlarla, oyuncaqlarla bəzəmək, sifariş edilən bağlamaları hazırlamaqla məşğul olur.

“Amerika Miladı” Radio City Music Hall, Rokfeller Mərkəzi və məşhur mağazaları də daxil olmaqla, Nyu-Yorkun tanınmış yerlərini bayram dekorasiyaları ilə bəzəyir.

“Saks Fifth Avenue” və “Salvatore Ferragamo” ayaqqabı mağazası bu il yeni dekorasiyalarını təqdim edir. “Bu ayaqqabını Ferraqamo 1950-ci illərdə dizayn edib və bu il bu ayaqqabının dizaynından yeni dekorasiya kimi istifadə edir” deyə, Frederik Şvam bildirir.

Bəzi Çin və digər ölkələrin fabriklərində hazırlanan dekorasiyalar Mount Vernona gətirilir.

Nyu-Yorkun özünəməxsus bayram mövsümü turistləri və bayram üçün alış-veriş edənləri cəlb edir.

XS
SM
MD
LG