Accessibility links

Nyu-Yorkun əfqan qəhrəmanı [Video]


Nyu-Yorkun əfqan qəhrəmanı
please wait

No media source currently available

0:00 0:02:23 0:00

Hüquq-mühafizə orqanının müsəlman əməkdaşı partlayıcı maddə olmaqda şübhəli bilinən cihazı insanların çox olduğu yerdən uzaqlaşdırdığına görə Nyu-York şəhərində qəhrəman kimi tanınır. Amerikanın Səsinə verdiyi müsahibəsində o, əsas məqsədin insanlara zərər dəyməsin deyə, cihazı Tayms meydanından uzaqlaşdırmaq olduğunu deyib.

Mən bir Tsibulskiyə, bir də cihaza baxdım. Bu zaman cihazdakı işıq yanıb-sönməyə başladı...

2006-cı ildə Nyu-York Polis İdarəsinə gələn çavuş Həmid Ərmani ictimaiyyətə və qanuna xidmət etmək istədiyini deyir. “Mən Əfqanıstanda doğulub, boya-başa çatmışam. Həyatımda çox haqsızlıqlar görmüşəm. Arzum bir gün hüquq-mühafizə zabiti olmaq və düzgün işlər görmək idi.”

Keçən ay Ərmani nəinki doğru iş gördu, o, Times meydanında yüzlərlə insanın həyatını qorumaq üçün böyük fədakarlıq etdi.

İyul ayının 20-si axşam saat 11:30 radələrində çavuş Ərmani və onun iş yoldaşı zabit Piter Tsibulski bir nəfərın əlindəki cihazı onların maşınına atdığını görüb. “Mən bir Tsibulskiyə, bir də cihaza baxdım. Bu zaman cihazdakı işıq yanıb-sönməyə başladı. Tsibulski “rəis, bu bombadır” dedi. Mən ətrafa nəzər saldım, bizim avbtomobilin qarşısında iki uşaq dayanmışdı, meydan isə adamla dolu idi.”

O vaxt mən müsəlman, xristian, katolik və ya yəhudininm həyatını xilas etdiyimi düşünmürdüm, mən insan həyatını, öz həyatım bahasına olsa belə, insan həyatını xilas edirdim.

Cavuş Ərmani avtomobillə uzaqlaşraq, insanların olmadığı əraziyə sürüb. Sonra cihazı küçəyə atıb və bombazərərləşdirən dəstəyə zəng edib. “O vaxt mən müsəlman, xristian, katolik və ya yəhudininm həyatını xilas etdiyimi düşünmürdüm, mən insan həyatını, öz həyatım bahasına olsa belə, insan həyatını xilas edirdim.”

Nyu-York şəhəri Polis İdarəsinin ictimai əlqələr üzrə nümayəndəsi Karlos Niyeves çavuş Ərmani və onun iş yoldaşının Nyu-York şəhərinin qəhrəmanları olduğunu deyir. “Ərnmani və onun yoldaşı inanılmaz fədakarlıq edib. Onlar Times meydanında insanların kütləvi şəkildə həyatlarını itirməmələri üçün öz həyatlarını təhlükəyə atıblar.”

Sonda polis şübhəlini ələ keçirib və cihazın saxta olduğu aşkar edilib. Lakin Ərmani və Tsibulskinin fədakarlığı, xalqa xidməti doğru idi.

XS
SM
MD
LG