Accessibility links

Nyu-Yorkda yanacağa böyük ehtiyac var VİDEO


Nyu-Yorkda yanacağa böyük ehtiyac var
please wait

No media source currently available

0:00 0:02:41 0:00

Nyu-Yorkda yanacağa böyük ehtiyac var

Sürücülər yanacaq doldurmaq üçün növbədə 5-6 saat gözləməli olur

Nyu-Yorkda yanacağa böyük ehtiyac var
please wait

No media source currently available

0:00 0:02:41 0:00

Keçən həftənin cümə günü Aşağı Manhattanda elektrikin bərpa olunmasına baxmayaraq, Nyu-York şəhəri və şərq bölgələrində yanacağa böyük ehyiyac var.

Nyu-Yorkun Bruklin məhələsində polis işçiləri yanacaq doldurma məntəqəsində növbədə qayda yaratmağa çalışır. Sürücülər yanacaq doldurmaq üçün növbədə 5-6 saat gözləməli olurlar. Hər avtomobilə 50 dollarlıq limit qoyulub ki, bu da təxminən 50 litr yanacaq deməkdir.

Taksi sürücüləri növbədə keçirdikləri vaxt pul qazanmır. Benzinin limitlə verilməsinə görə isə onların uzaq məsafəyə sürə bilmir. Sürücü Əbdül Qadir insanlara xidmət etdiyi üçün taksilərin yanacaqla təmin edilməsinə xüsusi icazə alınmlı olduğunu deyir.
“Yanacaq doldurmaq üçün 6-7 saat növbədə dayanarkən maşında yatdıqdan sonra maşını düzgün idarə edə bilmirsən.”

Çox sayda insan generatorları və ya motosikletləri üçün yanacaq doldurma məntəqələrinə kanistrlərlə gəlirlər. Toni adlı bu şəxs həyat yoldaşını aeroporta aparmalıdır, yanacaq almaq üçün o, maşında deyil, ayaqüstü gözləməyə üstünlük verdiyini deyir. “Mən burada iki dəfə növbədə durdum və bu mənə aeroporta gedib qayıtmaq üçün kifayət edəcək.”

Toni bu yanacaq məntəqəsindəki insanların başqa məntəqələrlə müqayisədə daha səbirli olduqlarını deyir. Maykl Peres Manhattanda mühəndis işləyir. “İndi hər kəsin səbri tükənib, lakin bəziləri bunu daha çox büruzə verir. Mən başqalarının stressinə əlavə stress artırmaq istəmirəm.”

Nyu-York rəsmiləri yaxın zamanda vəziyyətin düzələcəyini deyirlər. Senator Çarls Şumer: “Növbələr getdikcə qısalacaq, qiymətlər aşağı düşəcək, həyat normal məcraya qayıdacaq. Lakin bütün bunlar birdən olmasa da, yaxın gələcəkdə olacaq.”

Rəsmilər yanacaq qıtlığına Sendi qasırğası zamanı tankerlərin limana daxil ola bilməməsinin səbəb olduğunu deyirlər. Federal hökumət Nyu-Cersi də daxil edilməklə, qasırğanın ən çox zrər vurduğu yerlərdə sürücülərə yardım məqsədilə region üçün 45 milyon litr yanacaq ayırıb.
XS
SM
MD
LG