Accessibility links

New York Times: ABŞ 2008-ci ildən İrana qarşı kütləvi kiberhücumlara başlayıb


ABŞ-ın nüfuzlu qəzetinin məlumatına görə, Birləşmiş Ştatlar prezidenti Barak Obama hakimiyyətinin ilk ayı məxfi olaraq göstəriş verib ki, İranın başlıca nüvə zənginləşdirmə obyektlərini idarə edən kompyuter sistemlərinə mükəmməl hücumlar həyata keçirilsin.

Proqrama yaxın anonim mənbələrə istinad edən The New York Times qəzeti yazır ki, bu, Amerikanın ilk kibersilahlardan kütləvi istifadəsi olub.

Məlumatlara görə, proqram hələ Corc Buşun prezidentliyi dövründən başlayıb.

İran sahib olduğu nüvə proqramının diinc mahiyyət daşıdığını bildirir. Ancaq Qərb və İsrail İranın nüvə silahı istehsal etmə qabiliyyətini inkişaf etdirməsindən ehtiyat edir.

XS
SM
MD
LG