Accessibility links

New York Times: Tramp və Ədliyyə Departamentinin vəkili müvəqqəti baş prokuroru içdən çıxarmaq istəyib


Ceffri Rozen
Ceffri Rozen

The New York Times cümə günü bildirib ki, iddialara görə, sabiq Prezident Donald Tramp Ədliyyə Departamentinin vəkili ilə birlikdə baş priokuror vəzifəsini yerinə yetirən Ceffri Rozeni işdən çıxarmağı və onu seçki saxtakarlığı ilə bağlı iddiaları araşdırmağa daha meylli olan rəsmi ilə əvəz etməyi planlaşdırıblar.

The Washington Post da iddia olunan planla bağlı məlumat yayıb. İddiaya əsasən, Rozenin yerinə Ədliyyə Departamentinin Mülki İdarəsinin başçısı Ceffri Klark təyin olunacaqdı.

Rozen Trampın təkidlərinə baxmayaraq Co Baydenin Corciya ştatındakı qələbəsinə şübhə ilə yanaşmağı rədd edib.

Lakin The Times bildirib ki, Ədliyyə Departamentinin rəsmiləri Tramp Rozeni Klarkla əvəz etdiyi təqdirdə istefa edəcəklərini deyiblər. Qəzet bildirib ki, bu, Trampı Rozeni işdən çıxarmaq fikrindən yayındırıb, çünki iddiaya görə, o, düşünüb ki, “Ədliyyə Departamentinin yüksək səviyyəli rəsmilərinin kütləvi şəkildə istefa etməsi seçki saxtakarlığı ilə bağlı ittihamlara kölgə sala bilər.”

The TimesThe Post məlumatları adlarının açıqlanmasını istəməyən Tramp administrasiyasının sabiq rəsmiləri ilə aparılan müsabilərdən aldıqlarını bildiriblər.

Klark Rozeni işdən çıxarmaq planı hazırladığına dair ittihamları rədd edib, Tramp isə bunula bağlı şərh verməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG