Accessibility links

Yeni Zelandiyanın baş nazirinin istefası xəbəri gözlənilməz olub


Yeni Zelandiyanın baş naziri Cacinda Ardern
Yeni Zelandiyanın baş naziri Cacinda Ardern

Yeni Zelandiyanın baş naziri Casinda Ardern cümə axşamı ölkəyə rəhbərliyini davam etmək üçün "artıq gücünün qalmadığını", fevralın əvvəlindən gec olmayaraq istefa verəcəyini və yenidən seçilmək istəmədiyini bəyan edib.

Ardern göz yaşlarını boğaraq, baş nazir olaraq keçdiyini beş il yarımın çətin olduğunu bildirib və deyib ki, o, sadəcə bir insandır və kənara çəkilir.

"Mən bilirəm ki, bu qərardan sonra "əsl" səbəbin nə olduğu ilə bağlı çoxlu müzakirələr olacaq. Tapacağınız yeganə maraqlı məqam odur ki, mən insanam və altı il ərzində bəzi böyük çətinliklərlə üzləşdim" - deyə, o davam edib.

"Siyasətçilər də insandır. Biz bacardığımız qədər əlimizdən gələni edirik, sonra vaxt çatır. Mənim üçün vaxt çatıb" , Ardern deyib .

Bazar günü Yeni Zelandiyanın hakim "Əmək Partiyası" yeni lider üçün səsvermə keçirəcək və partiya lideri növbəti ümummilli seçkilərə qədər baş nazir olacaq. Ardernin liderlik müddəti fevralın 7-dən gec olmayaraq başa çatacaq və ümummilli seçklər isə oktyabrın 14-də keçiriləcək.

Ardern Leyboristlərin qarşıdan gələn seçkilərdə qalib gələcəyinə inandığını deyib.

Ardern deyib ki, o, işinin çətin olduğu üçün deyil, başqalarının bu işi daha yaxşı görə biləcəyinə inandığı üçün istefa verir.

O, qızı Neveyə bu il məktəbə getməyə başlayanda onun yanında olmağı səbirsizliklə gözlədiyini və uzun müddətdir sevgilisi Klark Qeyfordla evlənmək vaxtının gəldiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG