Accessibility links

Nigar Həzi: Tofiq Yaqublu sistem qəbulundan imtina edib


Azərbaycanın müxalif siyasi xadimi Tofiq Yaqublu xəstəxanada sistem qəbulundan da imtina edib.

Bu barədə qızı Nigar Həzi məlumat verib.

Nigar Həzi sentyabrın 14-də günorta saat 15:00 radələrində xəstəxanada atası ilə görüşüb.

Onun sözlərinə görə, Tofiq Yaqublunun hələ də reanimasiyadadır və orada mühafizə altında saxlanılır:

“Nəzarət altında görüşüb, 15 dəqiqə danışmaq imkanımız oldu. Bildirdi ki, bu gündən sistemlərin də qəbulunu dayandırmışam. Hətta Adil bəy israr etsə belə, qəbul etməyəcəyini dedi. Heç bir qidalanmadan söhbət gedə bilməz. Vəkillərin də hər gün onunla görüşməsinə şərait yaradılmasını tələb etdi. Vəkillərinin üçünün də...".

Nigar Həzi atasının daha da zəiflədiyini bildirib.

Nigar Həzinin sözlərinə görə, Tofuq Yaqublu onunla görüşdə bu məsələyə də münasibət bildirib:

"Dedi ki, aclıq barədə rəsmi ərizəni ondan sentyabrın 7-də alıblar. Amma o ərizədə də göstərib ki, sentyabrın 2-dən aclıq edir. Bu məsələdə də saxtakarlıq edirlər. Belə deyilsə, Tofiq Yaqublunun həmin ərizəsini ortaya qoysunlar. Orada "sentyabrın 2-dən" kəlməsi qeyd olunub. Bütün dünya bilir, bunlar bilmir?".

T.Yaqublunun özəl klinikaya köçürülməsini müdafiə tərəfi Avropa İnsan Hüquqlar Məhkəməsinə müraciət etmələri ilə izah edib.

Bu fikirlərə hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.​

Sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsi hakim Nəriman Mehdiyevin sədrliyi ilə Milli Şuranın və Müsavat Partiyasının üzvü, prezident İlham Əliyevin sərt tənqidçilərindən olan Tofiq Yaqublunun 4 il 3 ay həbsə məhkum edilməsi barədə hökm çıxarıb.

Bu il martın 22-də Tofiq Yaqublunun park edilmiş avtomobilini başqa avtomobil vurub. Buna baxmayaraq, Bakının Nizami rayon Polis İdarəsində Yaqubluya qarşı cinayət işi qaldırılıb.

Sentyabrın 2-də Tofiq Yaqublu son sözündə məhkəmə və hakimiyyəti ittihamı saxtalaşdırmaqda və siyasi sifarişdə ittiham edib. Yaqublu məhkəmədə həbsinə etiraz olaraq aclıq aksiyasına başladığını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG