Accessibility links

Nicat Abdullazadə: Ölkədən çıxışıma qadağa qoyanları məhkəməyə verəcəm


Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Nicat Abdullazadə sentyabrın 19-da Bakının hava limanından xarici ölkəyə buraxılmayıb.

“Hava limanında Dövlət Sərhəd Xidmətinin əməkdaşı ölkədən çıxışıma `stop` qoyulduğunu bildirdi. Bir gün öncə Ədliyyə Nazirliyinin rəsmi saytından ölkədən giriş-çıxışımı yoxladığım zaman heç bir qadağanın olmadığı göstərilmişdi,” Abdullazadə Amerikanın Səsinə müsahibəsində bildirib.

Nicat Abdullazadə: Ölkədən çıxışıma qadağa qoyanları məhkəməyə verəcəm
please wait

No media source currently available

0:00 0:01:08 0:00

O, sentyabrın 21-də mühacirlərin təsis etdiyi hazırki iqtidara müxalif olan AND təşkilatının Almaniyanaın Frankfurt şəhərində keçiriləcək qurultayında iştirak etmək üçün gedirdi.

”Mənə bildirdilər ki, problemli kreditlərlə bağlı ölkədən çıxışıma qadağa qoyulub. Amma bu qadağanın qoyulması yanlışdır. Çünki prezidentin 2019-cu ildə imzaladığı problemli kreditlərlə bağlı sərəncamından sonra bu problem aradana qaldırılıb. Bu gün bank mənə hər hansı problemin olmaması barədə sənəd verdi və sənədi müvafiq quruma təqdim etdim. Söz verdilər ki, ölkədən çıxışıma qadağa iki saat ərzində aradan qaldırılacaq,” Abdullazadə Amerikanın Səsinə bildirib.

O, ölkədən çıxışına qadağa qoyanlarla və dəymiş ziyanla bağlı məhkəməyə müraciət edəcəyini bildirib.

Nicat Abdullazadə bu il martın 7-də 15 sutka inzibati həbsə də məhkum edilib.

AXCP siyasi fəalla bağlı baş verənləri siyasi sifariş hesab edir.

“Siz Nicat bəyin ölkədən çıxışına qeyri-qanuni olaraq qadağa qoya bilərsiniz, ancaq onun vətən sevgisinə, əsl vətəndaş mövqeyinə, mübarizə əzminə, ölkənin gələcəyi üçün apardığı ardıcıl və prinsipial mübarizəsinə əngəl ola bilməzsiniz!” , AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib.

Azərbaycan rəsmiləri insanların dinc siyasi fəaliyyətlərinə görə təzyiq və həbslərlə üzləşməsi ilə bağlı deyilənləri qəbul etmir.

XS
SM
MD
LG