Accessibility links

Apellyasiya məhkəməsi NİDA-çıları azadlığa buraxmadı


 NİDA-çıların səssiz aksiyası
NİDA-çıların səssiz aksiyası
Bakı Apellyasiya Məhkəməsi «Nida» Vətəndaş Hərəkatı üzvləri Rəşad Həsənov və Bəxtiyar Quliyevin həbs müddətinin uzadılmasından verilən şikayətə baxıb.

Vəkil Əshabəli Mustafayevin Amerikanın Səsinə verdiyi məlumata görə məhkəmə
Nəsimi rayon Məhkəməsinin avqustun 28-də həbs müddətinin 3 ay uzadılması (dekabrın 7-dək) haqda qərarını qüvvədə saxlayıb.

Məhkmədə iştirak edən «Nida»çılar həbsdə qalmaları üçün heç bir əsasın olmadığını qeyd ediblər.

Bəxtiyar Quliyev martın 8-də, Rəşad Həsənov martın 14-də həbs olunublar. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi gəncləri qanunsuz olaraq partlayıcı maddə əldə etmə, saxlama, daşıma və gəzdirmədə günahlandırır.

«Nida»nın 7üzvü həbsdədir. Onlar martın 10-da «Əsgər ölümünə son» aksiyasında istifadə üçün «Molotov kokteyli» hazırlamaqda ittiham olunurlar.

Həmin faktlarla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Antoni Blinken Kyivə əvvəlcədən elan olunmamış səfər edib
please wait

No media source currently available

0:00 0:13:47 0:00
XS
SM
MD
LG