Accessibility links

NİDA aksiyalara, valideynlər aclığa başlayır [Video]


NİDA-çı gənclərin valideynləri də aclığa başlayacaqlarını bəyan ediblər
please wait

No media source currently available

0:00 0:05:37 0:00

NİDA-çı gənclərin valideynləri də aclığa başlayacaqlarını bəyan edib

Onlar həbs olunan övladlarına dəstək olaraq bu addımı atır

NİDA Vətəndaş Hərəkatının həbs edilmiş fəallarının valideynləri prokurorun övladlarını uzunmüddətli həbs cəzalarına məhkum etmək istəyinə etiraz əlaməti olaraq aprelin 20-dən aclıq aksiyasına başlayırlar.

Bu barədə valideynlər bu gün mətbuat konfransında bildiriblər.


Valideynlər bununla aprelin 17-də istintaq təcridxanasında aclıq aksiyasına başlamış fəallarla həmrəylik nümayiş etdirirlər.

Təqsirləndirilən Zaur Qurbanlının anası Səkinə Qurbanova prokuror Nemət Əvəzovun hazırlıq üçün vaxt istəmədiyinə, dərhal yekun nitqlə çıxış etdiyinə diqqət çəkib.

“Prokuror yarım il əvvəl prosesin başlanğıcında elan edilmiş ittiham aktını sözbəsöz təkrar edib. Belə çıxır ki, aylarca davam edən məhkəmə müdafiə tərəfinin təqdim etdiyi arqumentləri diqqətə almayıb, vəkillərin təkziblərinin isə heç bir mənası olmayıb”, deyə Qurbanova bildirib.

Buna görə valideynlər aprelin 20-dən bütün məhbusların azad edilməsi tələbi ilə müddətsiz aclıq aksiyasına başlayırlar.

Aksiya Müsavat Partiyasının qərargahında keçiriləcək.

Qurbanova təqsirləndirilənlər həqiqətən də ittiham olunduqları cinayətləri törətsələr belə, prokurorun təklif etdiyi hökmün sərt olduğuna diqqət çəkib.

Rəşadət Axundovun anası Mətanət Axundova gənclərin sadəcə əsgər ölümlərinə dinc etiraz etmələrinə baxmayaraq, onlara qarşı irəli sürülmüş ittihamların və onların “bandit” kimi təqdim edilməsinin əsassız olduğunu bildirib.

Şahin Novruzlunun anası Mehparə Novruzova bildirib ki, cinayət işinin saxtalaşdırıldığı göz önündə idi.

O, bütün gənclərin həbsdən azad olunmasını tələb edib.

Müsavat Partiyasının Məclis üzvü, keçmiş vicdan məhbusu Tural Abbaslının anası Başxanım Abbasova bidirib ki, o da NİDA fəallarının aclıq aksiyasına qoşulacaq. Onun fikrincə, hakimiyyət fəal gəncləri ona görə həbsə atır ki, onlardan qorxur.

ReAl Hərəkatının idarə heyətinin üzvü Azər Qasımlı bildirib ki, hakimiyyət NİDA fəallarını ona görə təqib edir ki, onlar Azərbaycanı başqa cür – korrupsiyasız, xalqın sərvətləri mənimsənilməyən, təhsil sistemində problemlər olmayan ölkə kimi görmək istəyir.

Valideynlərin fikrincə, hakimiyyət demokratik düşərgədən olan gəncləri qorxutmaq və cəmiyyəti qorxu içində saxlmaq istəyir. “Əslində qorxu yoxdur. Qorxu biz qorxduğumuz zaman yaranır. Bunu dəf etmək lazımdır”, deyə Qasımlı qeyd edib.

O, repressiyalara müqavimət göstərmək üçün səyləri birləşdirməyi və NİDA fəallarının və digər siyasi məhbusların müdafiəsi üçün etiraz aksiyasına hazırlıq üzrə təşkilat komitəsi yaratmağı təklif edib.

NİDA-nın idarə heyətinin üzvü Ülvi Həsənli öz növbəsində qeyd edib ki, müxtəlif formalarda, o cümlədən sosial şəbəkələrdə etiraz aksiyaları hazırlanır.

Bundan başqa, Amnesty İnternational İnternetdə NİDA fəallarının azad edilməsi tələbi ilə müraciətə imzatoplama kampaniyası keçirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG