Accessibility links

NİDA-çıların məhkəməsi başlayır


 NİDA-çıların səssiz aksiyası
NİDA-çıların səssiz aksiyası
Bakı Ağır Cinayətlər məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə Nida Vətəndaş Hərəkatının və Azad Gənclik Təşkilatının həbsdə olan üzvlərinin cinayət işi üzrə məhkəmə başlayır.

Məhkəmədən Amerikanın Səsinə verilən məlumata görə hazırlıq iclası oktyabrın 28-nə təyin edilib.

Nida”nın 7üzvü həbsdədir. Onlar martın 10-da “Əsgər ölümünə son” aksiyasında istifadə üçün “Molotov kokteyli” hazırlamaqda ittiham olunurlar.

Həmin faktlarla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb və “Nida” üzvləri Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı və Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadə həbs olunublar.

İstintaq dövründə onlara qarşı Cinayət Məcəlləsinin 220. 1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddəsi ilə əlavə ittiham elan olunub.

Amnesty İnternational beynəlxalq hüquq təşkilatı onları vicdan məhbusu elan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG