Accessibility links

FBİ: ABŞ-da nifrət zəminində cinayətkarlıq ötən il 2.7% artıb


Federal Kəşfiyya Bürosu (FBİ) son hesabatında ABŞ-da nifrət zəminində cinayətkarlığın ötən il 2.7% artdığını və bunun son on ildəki ən yüksək göstərici olduğunu bildirib.

Bazar ertəsi günü yayımlanan hesabata görə, keçən il 7314 cinayət hadisəsi baş verib ki, bu, 2018-ci ildə 7120 hadisə ilə müqayisədə ən yüksək göstəricidir.

İnsidentlərin sayının azalmasına baxmayaraq, 2018-ci il nifrət zəminində yol verilən cinayətlər baxımından ən ağır il olub. 2018-ci ildə nifrət zəminində cinayət kimi 24 hal qeydə alınıb. Bu il ərzində 3099 zorakı hücum qeydə alınıb ki, bu, 2001-ci ildən bəri ən yüksək göstərici olub.

2018-ci ildə cüzi bir azalmaya baxmayaraq, nifrət zəmində cinayətlər prezident Donald Tramp administrasiyasının ilk üç ilində ifrat sağçı hərəkatının artması ilə təxminən 21% artıb.

Tramp ağ üstünlüklülərini qınasa da, Nifrət və Ekstremizmin Tədqiqat Mərkəzi nifrət zəminində cinayətlərin prezident tərəfindən tənqid edilən qruplara qarşı artdığını qeyd edib. Məsələn, Latın amerikalılarına qarşı cinayətlər Trampın rəhbərlik etdiyi ilk üç il ərzində 53% artaraq, son on ildə ən yüksək səviyyəyə çatıb.

FBI nifrət zəminində cinayətləri iqr, etnik, din, əlillik, seksual oriyentasiya, gender və ya gender bərabərliyinə dair qərəzlərlə izah edir.

Əvvəlki illərdə olduğu kimi irq din və cinsi oriyentasiyalara görə cinayətlərin birinci səbəbidir. Keçən il 8552 qurbanın 58%-i irqinə, 21% etnik mənsubiyyəti və dininə görə, 17%-i isə cinsi oriyentasiyasına görə hədəf alınmışdı.

Yəhudilər əleyhinə cinayətlər 14% artaraq 953-ə yüksəlib ki, bu da 2008-ci ildən bəri ən yüksək göstəricidir. Nifrət və Ekstremizmin Tədqiqat Mərkəzinə görə, 2019 son on ildə 900-dən çox anti-semitizm cinayətlərii lə ardıcıl olaraq ikinci il olub.

Müsəlmanlara qarşı cinayətlər 2016-cı ildə 308-ə yüksəldikdən sonra 3 il ardıcıl olaraq azalaraq, 2019-cu ildə 188-dən 176-ya düşüb.

İllik nifrət cinayətləri hesabatı icra orqanlarının könüllü təqdimatlarına əsaslanır.

FBİ-ın hesabat sisteminin hazırlanması könüllü olduğu üçün qərəzli hücumların dəqiq göstəricilərini müəyyən etmək mümkün deyil.

Lakin Ədliyyə Statistikası Bürosu hər il Amerikada nifrət zəminində 250 min cinayətin qeydə alındığını bildirir. Bunların çoxu ilə bağlı polisə şikayət edilmir.

Şərhlərə bax

XS
SM
MD
LG