Accessibility links

Nigar Həzi: Atamın həbsi utancverici hərəkətdir


Nigar Həzi
Nigar Həzi

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, Müsavat Partiyasının funksioneri Tofiq Yaqublunun qızı Nigar Həzi bir neçə gün öncə Amerikanın Səsinə müsahibəsində atasının həbsinin səbəbləri və saxlanma şəraitindən danışıb.

Nigar Həzi aprelin 11-də atası ilə telefonla danışıb. Onun sözlərinə görə, atasının səhhətində problem yaranıb.

"Əhvalı yaxşı olsa da, səhhəti pisləşib, öskürəyi artıb. Buna səbəb ətrafındakı insanların siqaret çəkməsidir. Qolunun ağrısı da artıb".

Nigar Həzi əlavə edib ki, karantin olduğuna görə Tofiq Yaqublu ilə görüşə bilmirlər.

Öz növbəsində Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov həbsdə olan Müsavat Partiyası və Milli Şuranın üzvü Tofiq Yaqublunun səhhətində problem yaranması ilə bağlı qızının dediklərinə münasibət​ bildirib. Onun sözlərinə görə Tofiq Yaqublunun müalicə müəssisəsinə köçürülməsi həkimin rəyindən asılıdır.

Amerikanın Səsi: Ailə üzvü olaraq Tofiq Yaqublu ilə görüşübsünüzmü? Vəziyyəti ilə bağlı hər hansı yenilik varmı?

Nigar Həzi: Təəssüf ki, karantin şəraiti olduğuna görə bu cəzaçəkmə müəssisələrinə də keçərlidir. Nəinki Tofiq Yaqubli ilə, ümumiyyətlə həbsxanada olan məhbuslarla görüş yoxdur. Ancaq telefonla danışa bilmişik. Məncə bu nə zaman karantin bitəcəksə onda biz görüşə bilərik

Nigar Həzi: Atamın həbsi utancverici bir hərəkətdir
please wait

No media source currently available

0:00 0:05:51 0:00

Amerikanın Səsi: Səhhəti necədir?

Danışanda özü də qeyd elədi ki, gecə qolunun ağrısından yata bilmir. Bir də atamda xroniki astma xəstəliyi var.

Nigar Həzi: Onun problemi daha çox qolundadır. Qolunu qaldıra bilmir. Gecələr çox dəhşətli ağrıları olur. Vaxtı ilə işgəncə verdiblər, ondan qabaq da qolunda ağrılar var idi. Həmin işgəncədən sonra daha çox ağrımağa başlayıb. Danışanda özü də qeyd elədi ki, gecə qolunun ağrısından yata bilmir. Bir də atamda xroniki astma xəstəliyi var. Ona görə də hələ ki, bu şəraitdə heç nə eləyə bilmirik. Cəzaçəkmə müəssisələrində də tibbi xidmətin durumunu yaxşı bildiyimizə görə, inanmıram orada nəsə eləyə bilsinlər. Amma daha çox narahatıq ki, həm xroniki xəstəliyi var, həm karantin vaxtı getmək olmur, heç bir şey etmək olmur. Buna görə nasrahatlığımız var.

Amerikanın səsi: Tofiq Yaqublunun həbsxanada saxlanma şəraiti necədir?

O, Şüvələnda yerləşən 3 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb, hansı ki, bu cəzaçəkmə müəssisəsinin 2017-ci ildə Avropa Parlementindən qapadılmasını tələb ediblər.


Nigar Həzi: Düzü Tofiq Yaqublunun belə bir dönəmdə, virusun yayılan vaxtı həbs olunmasının özü çox utancverici və gülünc addım idi İlham Əliyev tərəfindən. Bilirsiniz, o, Şüvələnda yerləşən 3 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb, hansı ki, bu cəzaçəkmə müəssisəsinin 2017-ci ildə Avropa Parlementindən qapadılmasını tələb ediblər. Yəni heç bir standartlara cavab verməyən bir həbsxanadır. Təsəvvür edin, belə bir həbsxana qapadılmayıb. Əksinə, məhbusları daha çox ora köçürürlər. Əlbəttə, nə qədər saxlanma şəraiti yaxşı olsa da həmin həbsxanaya yerləşdirilməsi artıq kifayət edir ki, bizim ora haqqında təssəvürümüz olsun. Onsuz da həbsxananın çölündən baxanda vizual olaraq içini təssəvür eləmək çətin deyil

Amerikanın Səsi: Apellyasiya məhkəməsi nə vaxta təyin olunacaq ?

Nigar Yaqublu: Vəkil bir dəfə görüşüb. Biz də vəkili vasitəsilə məlumat ala bilirik. Bu karantin günündə qeyri-rəsmi iş günləri uzadıldıqca biz gözləyirdik ki, martın 31-dən sonra aprel ayında təyin edərlər. Yəqin ki, apellyasiya məhkəməsini apreldən sonraya təyin edərlər. Əgər o vaxta kimi bu virusla bağlı yoluxma çox olarsa, mən düşünürəm ki, qeyri rəsmi iş günlərini uzada bilərlər. Yəni biz bunu bilmirik. Artıq zaman göstərəcək.

Amerikanın Səsi: Ailəniz yerli və beynəlxalq təşkilatların Yaqublunun müdafiəsi istiqamətində atdıqları addımları necə qiymətləndirir ?

Birmənalı olaraq Tofiq Yaqublunun azadlığını tələb edirlər.

Nigar Həzi: Düzü bu qədər dəstək reaksiya gözləmirdim. Ona görə ki, dünyanın zatən başları özlərinə qarışıb. Hər kəs öz xalqını qorumağa çalışır. Belə bir vaxtda kifayət qədər dəstək aldıq. Artıq ABŞ Dövlət Departamentindən də dəstək gəldi. Avropa Liberal Demokrat Alyansından dəstək gəldi. Ondan qabaq Amerikada Senatdan, Human Rights Watch-dan, beynəlxalq təşkilatlardan çoxsaylı reaksiyalar gəldi. Birmənalı olaraq Tofiq Yaqublunun azadlığını tələb edirlər. Ölkə üçün utancverici bir hərəkət olduğunu bildirdilər. Qeyd elədilər ki, İlham Əliyev koronavirusu fürsət bilib öz müxalif rəqiblərini həbs eləməklə məşğuldur. Əksinə bu dönəm üçün çox yaxşı reaksiyadır. Bu qədər gözləmirdim. Bu dönəmdə Tofiq Yaqubluya diqqət ayrılması bizim üçün sevindirici oldu.

Amerikanın Səsi: Həbsinin əsas səbəbləri nədir?

Nigar Həzi: Onun siyasi çıxışları, tənqidi yazıları, İlham Əliyevi hər gün tənqid eləməsi. Başlıca səbəbi budur. Gerisi artıq təfərrüatdı ki, necə uydurma, saxta qurama cinayət işi qurublar. Ümumiyyətlə ölkədə hər kəs bu cinayət işinin saxta olduğunu bilir. Artıq videolar var. Görüntülər var. Hadisənin şahidləri var. Açılmış cinayət işi Tofiq Yaqublunu həbs eləmək üçündür. Məncə onun azadlığı daha çox təzyiqlərdən aslı olacaq ki, beynəlxaql aləmin təzyiqi ilə. Əgər təzyiqlər daha davamlı və ardıcıl olarsa bəlkə Tofiq Yaqublunun daha tez azadlığa çıxmasına nail ola bilərik.

Qeyd: Bu, Nigar Həzıinin fikirləridir. Azərbaycan rəsmiləri ölkədə insanların qanun qarşısında bərabər olduğunu, siyasi mövqeyinə görə vətəndaşların təqib olunmadığını bildirir.

Bununla yanaşı, hüquq müdafiəçiləri ölkədə yüzdən çox siyasi məhbusun, Amnesty İntenational ondan çox vicdan məhbusunun olduğunu bildirir. Avropa Şurası Parlament Assambleyası Azərbaycanda siyasi məhbuslar üzrə qətnamə qəbul edib.

XS
SM
MD
LG