Accessibility links

“Əlilliklə bağlı qərəzli düşüncələri dəyişmək arzusundayam” [Audio-Müsahibə]


RəqsBacarığı dərsləri

“Mənim arzum insanların öz məhdudiyətlərini qəbul edərək onları aşacağı və bir-birinə hörmət edəcəyi inkluziv cəmiyyət yaratmaqdır.”

Bu sözləri Azərbaybaycanda ilk dəfə olaraq beynəlxaq RəqsBacarığı(DanceAbility) metodologiyası ilə dərslər tədris edən pedaqoq Nigar Sultanova-Yıldırım Amerikanın Səsinə verdiyi müsahibəsində bildirib.

Nigar Sultanova-Yıldırım
Nigar Sultanova-Yıldırım

RəqsBacarığı istər peşəkar, istər daha az təcrübəli, istər əlilliyi olan və olmayan hər kəsə açıq özünəməxsus rəqs metodologiyasıdır. Bu metodologiya 1987-ci ildə ABŞ-da Alito Alessi və Karen Nelson tərəfindən tərtib edilib. Alito Alessi metodun tərtibatında son 30 il ərzində dünyanın hər yerindən dərslərinə qatılan fərqli bacarıqlarda iştirakçılarla iş prosesindən bəhrələnib. Bu metod Azərbaycanda ilk dəfə Nigar Sultanova-Yıldırım tərəfindən tədris edilir.

Elə bir yerin olmasını istəyərdim ki, orda insanlar sadəcə şifahi deyil, hərəkətlərlə də ünsiyyətin qurula biləcəyinin şahidi olsunlar.

Nigar inanır ki, “rəqsdə səhv hərəkət yoxdur”, çunki istənilən halda rutin həyatımız onsuz da qaydalardan, nələrin doğru, nələrin yanlış və ya nələrin uyğun və qeyri-uyğun olmasından ibarətdir. Doğru və yanlış konsepti şəxsə və mədəniyyətlərə gorə dəyişir. Bizim bədənimiz düşündüyümüzdən də çox bilir, biz sadəcə onun oyanmasına və bizi “qəlb rəqsi səfərinə” aparmasına izin verməliyik.

RəqsBacarığı metodunun “terapiya rəqsi” olmadığını qeyd edən Nigar metodun məqsədinin insanları dəyişmək və ya onları daha da yaxşılaşdırmaq deyil, incəsənətə tutunaraq performanslar yaratmaq olduğunu bildirib. Bundan əlavə Nigar metod sayəsində ustad dərsləri, təhsil proqramları və xoreoqrafiya ilə bütün dünyadakı insanların əlilliklə bağlı qərəzli düşüncələrini dəyişmək arzusunda olduğunu söyləyir.

Öyrənməyin ən yaxşı yolu təcrübə edərək öyrənməkdir.

Nigarın sözlərinə görə, bu metod sayəsində insanlar bir-birinin fiziki və mənəvi fərqliliklərini qəbul etməyi və öz fərdi sərhədlərindən çıxaraq rəqs etməklə, sosial ünsiyyət qurulmasını öyrənir.

Rəqs müəllimi Nigar onu da əlavə edib ki, əsasən improvizasiya üzərinə qurulmuş bu metod iştirakçılara rəqsin həqiqətən də sadəcə funksional hərəkətlərdən ibarət olduğunu deyil, bu hərəkətlərdən əslində ifadə üsulu kimi istifadə edərək ünsiyyət vasitəsinə çevirməyin mümkün olduğunu göstərir.

1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə və Reabilitasiya Mərkəzində 4 gün rəqs tədris edən Nigar Sultanova-Yıldırım gələcəkdə RəqsBacarığı dərslərini daha uzun müddətdə və Azərbaycanın digər regionlarında da davam etdirmək arzusundadır.

XS
SM
MD
LG