Accessibility links

Nigar Yaqublu barəsində həbs qətimkan tədbiri dəyişdirilməyib


Nigar Yagublu
Nigar Yagublu

Sumqayıt Apelyasiya Məhkəməsi Abşeron Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Nigar Yaqublu müxalifət partiyasının fəalıdır, avtoqəza törətdiyinə görə həbs edilib

Sumqayıt Apelyasiya Məhkəməsi gənc müsavatçı Nigar Yaqublu barəsində həbs qətimkan tədbiri dəyişməyib.Beləliklə, Sumqayıt Apelyasiya məhkəməsi Abşeron Məhkəməsinin 20 sentyabr qərarını qüvvədə saxlayıb.

Vəkillərinin və N.Yaqublunun öz müraciətinə baxmayaraq onun məhkəməyə gətirilməsi təmin edilməyib.

N.Yaqublu bu il avqustun 25-də baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli bilinir. Abşeron rayon Polis İdarəsi istintaqın getməsinə baxmayaraq, sentyabrın 10-da N.Yaqublu barəsində həbs qətimkan tədbiri seçib.

Müdafiə tərəfi polisin bu qərarının ləğv olunması üçün Abşeron Məhkəməsinə müraciət edib. Sentyabrın 24-də Abşeron Məhkəməsi həbs qərarını qüvvədə saxlayıb.
Daha sonra. müdafiə tərəfi Abşeron rayon Məhkəməsinin qərarından Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verib. Bu gün isə Sumqayıt Apelyasiya Məhkəməsi Abşeron Məhkəməsinin qərarını qüvvədə saxlayan qərar verib.

İctimaiyyətin bu məhkəmə prosesinə maraqlı olmasına baxmayaraq, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, N.Yaqublunun valideynləri, media mənsubları məhkəmə prosesi gedən zala buraxılmayıb.

Adı çəkilən yol-nəqliyyat qəzasında Müsavat Partiyasının üzvü Aydın Acalov dünyasını dəyişib. A.Acalovun bacısı və oğlu baş verən qəzaya görə N.Yaqubludan şikayətçi olmasa da, istintaq N.Yaqublu barəsində məhkəməyə qədər həbs qətimkan tədbiri seçib. Vəkillər, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, bir sıra deputatlar qətimkan tədbirini əsassız sayaraq, N.Yaqublunu məhkəməyə qədər zaminə götürmək istəklərini ifadə edib.

N.Yaqublunun nümunəsində yol-nəqliyyat qəzasına görə vətəndaşın məhkəməyə qədər həbsi təcrübəsi bütün ölkədə ilk dəfədir. Buna görə də ölkənin siyasi partiya təmsilçiləri həbsin N.Yaqublunun özünün, atası Tofiq Yaqublunun, habelə təmsil olunduqları Müsavat Partiyasının siyasi fəaliyyəti ilə bağlı olmasında israr edir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG