Accessibility links

Vəkillər Nigar Yaqublunun həbsini əsassız sayır


Nigar Yagublu
Nigar Yagublu

Noyabrın 13-də Abşeron Rayon Məhkəməsində Niğar Yaqublunun məhkəmə prosesi başlayacaq

Gənc müsavatçı Nigar Yaqublunu müdafiə komitəsi mətbuat konfransı keçirib.

Mətbuat konfransı bu ilin avqustunda baş vermiş yol qəzası hadisəsinə görə həbs edilən N.Yaqublunun noyabrın 13-də Abşeron Rayon Məhkəməsində başlayacaq məhkəmə prosesi ilə bağlı olub. Adı çəkilən qəzada Müsavat partiyasının üzvü Aydın Acalov vəfat edib.

N.Yaqublunun Hüquqlarını İctimai Müdafiə Komitəsinin sədri Mehriban Vəzir onun istintaq müddətində həbsə alınmasını ayrı-seçkilik adlandırıb. Belə ki, N.Yaqublu istisna olmaqla ölkədə baş verən yol qəzalarına görə bir şəxs belə istintaq müddətində həbsə alınmayıb.

M.Vəzir N.Yaqubluya münasibətdə ayrı-seçkiliyin aradan qaldırılmasını, ədalətli baxış olmasını istədiklərini vurğulayıb.

Vəkil Elton Quliyev istintaqın adı çəkilən yol qəzasını tam araşdırmadığını deyib.

“Noyabrın 13-də başlanacaq məhkəmədə hadisənin ətraflı araşdırılması barədə vəsatət qaldırılacaq. Tələsik aparılan ekspertiza isə həqiqəti üzə çıxarmaq üçün yox, Nigarı həbsə almaq üçündür”.

Vəkilə görə, istintaq müddətində N.Yaqublunun həbsə alınmasına hər hansı zərurət olmayıb. İstintaqdan gizlənməsinin həbsinə səbəb olması barədə istintaqın mülahizəsini vəkil səbəb yox, bəhanə adlandırıb. Məsələni daha dərindən mübahisələndirməmək üçün hələ imkan olduğunu deyən E.Quliyev məhkəmənin N.Yaqublunu azadlığa buraxmaq hüququnu xatırladıb. Eyni zamanda müdafiə tərəfi N.Yaqublunun azadlığa buraxılması üçün əllərindən gələni edəcəklərini söyləyib.

Parlamentin 10 deputatı N.Yaqublunyn azadlığa buraxılması haqda məhkəməyə müraciət ünvanlayıb.

Digər vəkil Adil İsmayılov məhkəmə olmamış N.Yaqublunun təqsirinin sübuta yetirilməsi haqda ölkə prokurorluğunun mövqeyini qərəzli adlandırıb. İstintaqın yol qəzası ilə bağlı hadisəni ətraflı araşdırmadığı qeyd olunub və hadisədə “üçüncü maşın” amili öyrənilməyib.

Müdafiə tərəfi N.Yaqublunun istintaq müddətində həbsə alınmasına qərar verən hakim İlham Rəhimlinin prosesə sədr kimi çıxmasına etiraz edəcəyini nəzərə çatdırıb. Cinayət işi ilə bağlı materiallar öyrənildikdən sonra N.Yaqublunun həbsinin əsassız olmasının birmənalılığı təsdiqlənib.

Bəzi natiqlər N.Yaqublunun Müsavat Partiyasının üzvü olmasını, siyasi fəallığını xatırladaraq həbsinin siyasi xarakterli olduğunu deyib. Eyni hadisəyə görə N.Yaqublunun fərqli münasibətə məruz qalmasına toxunan çıxışçılar bu hərəkətin Avropa Şurasının siyasi məhbus meyarları ilə uzlaşdığını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG