Accessibility links

Deputatlar Nigar Yaqublunu zaminə götürmək üçün məhkəməyə müraciət edib


Nigar Yaqublu
Nigar Yaqublu

Müraciətdə N. Yaqublu barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi xahiş olunur

Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu müsavatçı gənc fəal Nigar Yaqublunun məhkəməsində ifadə verib.
Tofiq Yaqublu Nigarın atasıdır. Nigar Yaqublu sentyabrın 11-də tutulub. Həbs müsavatçı Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlıdır. Qəza avqustun 25-də Bakıda baş verib. Aydın Acalovun minik avtomobili Ağcabədi rayon sakini Sadiq Xəlilovun idarə etdiyi “KAMAZ” markalı avtomaşınla toqquşub. İstintaq iddia edir ki, Aydın Acalovun avtomobilini Nigar Yaqublu idarə edib və qəza onun təqsiri üzündən baş verib.

“Media forum” saytının məlumatına görə, dekabrın 5-də Abşeron Rayon Məhkəməsində keçirilən prosesdə ifadə verərkən Tofiq Yaqublu qəzadan necə xəbər tutduğunu, hadisə yerinə nə vaxt çatdığını və nə gördüyünü təsvir edib. O bildirib ki, qəzadan sonra Nigar “City Hospital” xəstəxanasında ciddi müalicə alıb, xəstəxana Nigarın fiziki və psixoloji vəziyyətinin pis olduğu və bu durumda ifadə verə bilməyəcəyi barədə istintaqa arayış göndərib.

Vəkil Adil İsmayılov məhkəmədən Nigar Yaqublunun ailə üzvlərinin telefon danışığının dinlənilməsi vasitəsilə əldə olunmuş sübutların sübutlar siyahısından çıxarılması barədə vəsatət qaldırıb. O qeyd edib ki, dinləmə barədə məhkəmə qərarı olmadığına görə telefon danışıqlarına qulaq asılması qanunsuzdur.

Vəkilin digər vəsatətində istintaqın Nigar Yaqublunu ifadə verməyə şifahi formada dəvət olunmasına etiraz bildirilib. Adil İsmayılov vurğulayıb ki, şifahi dəvəti əsas gətirib Nigarın istintaqa gəlməkdən yayınması qənaətinə gəlmək və onun haqqında həbs qətimkan tədbiri seçmək doğru deyil.

Məhkəmə prosesi dekabrın 7-də davam edəcək. Nigar Yaqublunun vəkillərinin vəsatətlərə həmin gün baxılacağı gözlənir.

Günün birinci yarısında keçirilən prosesdə ittiham tərəfinin şahidləri ifadə verib. Deputat Qənirə Paşayevanın adından 6 deputatın imzaladığı müraciət məhkəməyə təqdim edilib. Müraciətdə N. Yaqublu barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi xahiş olunub. Eyni zamanda qeyd edilib ki, müraciəti imzalayan millət vəkilləri N. Yaqublunun prosesdə iştirakına zamin duracaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG