Accessibility links

Boko Haram bəzi girov qızların hökumətin hava hücumları zamanı öldüyünü iddia edir


Nigeriyanın cihadçı Boko Haram qrupunun bazar günü açıqladığı yeni videoda 2014-cü ildə Çibokda oğurlanmış qızların görüntüləri nümayiş etdirilib. Qrup qızların bir hissəsinin hökumət qüvvələrinin hava hücumları nəticəsində öldüyünü iddia edir.

Sosial mediada paylaşılan videoda başı bağlı qızlar göstərilir. Nigeriyanın şimal-şərqində kəndlərdən qaçırılmış 276 qızdan 218-i hökumətin iki ildir onların tapılması üçün göstərdiyi səylərə baxmayaraq hələ də itkin düşmüş sayılır. Qızların məktəbdən oğurlanması beynəlxalq ictimaiyyət tərəfindən hiddətlə qarşılanıb.

Bu, avqustun əvvəlində ekstremist qrupun lideri vəzifəsindən kənarlaşdırıldığı haqda iddiaları rədd edən Boko Haram lideri Əbubəkr Şekau tərəfindən sosial mediada yerləşdirilən sonuncu yeni videodur.

11 dəqiqəlik videoda üzü örtülü bir kişi deyir ki, Abucadakı ölkə liderləri "onların uşaqlarının hələ də bizim əlimizdə olduğunu bilməlidir."

Daha sonra o əlavə edir: "Bir neçə qız, təxminən 40 nəfər Allahın izni ilə ərə gedib. Bəziləri isə hava bombardmanları zamanı ölüb."

Qaçırılmış qızlardan biri isə hökumətə müraciət edərək, onların azad edilməsi üçün həbs edilmiş yaraqlıların azadlığa buraxılması istəyib.

Keçən il Nigeriya hərbi qüvvələri Boko Haram tərəfindən oğurlanmış yüzlərlə insanın xilas edildiyini elan edib. Lakin bəzi ümidverici məlumatlara baxmayaraq, Çibokda oğurlanmış qızlar onların arasında olmayıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG