Accessibility links

Nigeriyada prezident seçkilərinin ilkin nəticələri prezidentin rəqibinin üstünlüyünü göstərir


Nigeriyada prezident seçkilərinin son nəticələri göstərib ki, Muhammadu Buhari bir neçə ştatdan topladığı səslə hazırkı president Qudlak Conatandan irəlidədir.

Nigeriyanın Müstəqil Milli Seçki Komissiyası Buharinin bir neçə ştatda cənab Conatandan çox səs topladığı barədə məlumat açıqlayıb.

All Progressives Congress partiyasının lideri Buhari president Conatanın elektoratının güclü olduğu altı cənub ştatında təxminən səslərin əksəriyyətini toplamağa müvəffəq olub.

Bu qələbə Demokratik Xalq partiyasının lideri cənab Qudlak Conatanın 16 ildən sonra hakimiyyətdən getməsinə və Buharinin 30 ildən sonra yenidən lider seçilməsinə səbəb ola bilər.

72 yaşlı təqaüdçü general 1984 və 1985-ci illərdə ölkənin hərbi lideri qismində xidmət göstərib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG