Accessibility links

Nigerdə qızlar uşaq yaşlarında ərə getməyə məcbur edilir


Nigerdə qızlar uşaq yaşlarında ərə getməyə məcbur edilir
please wait

No media source currently available

0:00 0:02:46 0:00

Qərbi Afrikanın bu ölkəsində hər dörd qızdan üçü 18 yaşına çatmamış ərə verilir. Lakin bəzi qızlar bu adətdən imtina edir və onlara uşaq ikən zorla ərə verilən qadınlar yardım edir. 24 yaşlı Balkissa Çaibu qızların nikahla bağlı hüquqlarını müdafiəsini bilmələri üçün ayda iki dəfə onlarla görüşür.

Balkissa Çaibu özü 12 yaşında məktəbdən çıxarılaraq, zorla ərə verildiyinə görə uşaq yaşlarında nikaha qarşıdır. “Mən gənc qızların nə istədiklərini, nəyə nail olmaq istədiklərini soruşur və bunun üçün nə etməli olduqlarını öyrədirəm. Əgər siz məqsədlərinizi bilirsinizsə, siz bunu necə etməli olduğunu biləcəksiniz. Onlar bilməlidirlər ki, onların hər zaman bir seçimi var. Onlar "yox" deyə bilməlidir.”

Balkissa Çaibu nikahını ləğv etdıkdən sonra tibb fakültəsinin tələbəsi olub. Lakin onun valideynləri ilə mübarizəsi 5 il çəkdi və ona bu mübarizədə polis və yardım qrupları kömək etdi.

Belə qruplardan biri olan “SOS – Qadın və Uşaq Qurbanlara Yardım" qrupu Nigerdə ərə getməyə zorla məcbur edilən minlərlə qıza yardım edib. Məryəm Mussa: “Biz çox zaman prokurora müraciət edirik. Prokurorun diqqətini məsələyə cəlb etdikdən sonra o, valideynləri evlilikdən imtina etməyə məcbur edir və qızlarını ərə verməyəcəklərinə dair bir öhdəliyə imza atdırır.”

Lakin Niger kimi yoxsul ölkələrdə uşaq nikahlarına qarşı mübarizə çox çətindir. Azgəlirli ailələrdə valideynlər diqqətlərini oğlan uşaqlarının təhsilinə yetirir, qız uşaqlarını isə erkən ərə verir.

Niger prezidenti İssoufu Mahamadu iyulun 7-də Niameydə keçirilən Afrika Birliyi sammitində çıxışı zamanı qızlar üçün perspektivləri genişləndirəcəyinə söz verib. “Biz onların iş qabiliyyətini gücləndirməliyik. Onlar işləməlidirlər. Onlar məktəbi bitirərək, karyera qurmalıdır və biz onların iş tapmalarını asanlaşdırmalıyıq. Bu, onların müsqətil olmalarına yardım edə bilər.”

Balkissa Çaibu isə öz növbəsində qızların rəfiqələrinə “onları heç kim zorla ərə verə bilməz və onların uşaqlıq həyatı sürmə haqları var” demələrini tövsiyə edir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG