Accessibility links

Nigeriyada körpələri satılmaq riski ilə üzləşən 19 qadın azad edilib


Nigeriyanın ən böyük Laqos şəhərinin polisi körpələrini satmaq üçün əsir görütülən 19 qadını və qızı azad edib.

Polisin bazar ertəsi bildirdiyinə görə, azad edilənlər Nigeriyanın müxtəlif yerlərindən iş tapmaq vədi ilə oğurlanan 15-lə 28 yaşları arasındakı qızlar və qadınlardır. Polis dörd körpənin də tapıldığını bildirib.

Qadınların və körpələrin tapılıdığı "uşaq fabriki" adlanan yerlər Nigeriyanın şərqində geniş yayılıb.

“Gənc qadınlar hamilə qalır və doğulan körpələr potensial alıcılara satmaq məqsədi ilə qaçırılır. Qızlar evlərdə işə düzəltmək vədi ilə aldadılır," deyə Lagos polisinin sözçüsü Bala Elkana bildirir.

Oğlanlar 500 min naira ($1660 dollar), qızlar isə 300 min naira ($980 dollar) satılır.
Qızların oğurlanması işində əli olan 40 və 54 yaşlarındakı iki qadının həbs edildiyi və polisin hələ də üçüncü qadını axtardığı bildirilib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG