Accessibility links

Nigeriyada 140 şagirdin qaçırılmasından sonra məktəblər bağlanıb


Nigeriya rəsmiləri Kaduna əyalətinin şimal-qərbində 13 məktəbin bağlandığını elan edib. Buna səbəb isə bir Baptist liseyindən 140-dan çox şagirdin qaçırılması olub.

Rəsmilər məktəblərə silahlı hücumlardan sonra bağlanmaların şagirdlərə qalıcı ziyan vurduğunu bildirir.

Kaduna Dövlət Məktəbləri Keyfiyyət Təminatı Təşkilatı rəsmiləri risk qiymətləndirməsinə əsasən bağlanan 13 məktəbin təhlükədə olduğunu bildirir.

Bazar ertəsi Bethel Baptist Liseyinə hücum əyalətdə son beş ayda baş verən dördüncü haldır.

Kaduna rəsmiləri bir qadın müəllim də daxil olmaqla, 26 nəfərin xilas edildiyini və güc strukturlarının qaçırılan digər şagirdləri axtardığını bildirir.

Lakin yerli din xadimi ilkin yoxlamalardan sonra hücumdan əvvəl 180 şagirddən 20-nin orada gecələdiyini ortaya çıxarıb.

Amnesty International təşkilatından Seun Bakare hücumların və məktəblərin bağlanmasının Nigeriyadakı təhsilə ciddi təhdidlərə işarə olduğunu bildirib.

Bakare deyib ki, "məktəblərə və təhsilə qarşı hücumlar davam edərsə, bu, bir nəsilin itirilməsi riskini daşıyır". O həmçinin əlavə edib ki, "bir tərəfdən quldurlar və Boko Haramın uşaqlara və təhsil hüquqlarına təcavüz etməsi, digər tərəfdən hökumətin buna yeganə cavabı olaraq məktəbləri bağlaması rüsvayçılıqdır. Hökumətin də cavabı təhsilə bir hücumdur və bu, tamamilə qəbuledilməzdir".

Baş verən son hadisələr Nigeriyanın şimalında savadlılıq və davamiyyət səviyyəsinin aşağı olması ilə tanınan bölgədə təhsil böhranını ağırlaşmaqda davam edir. Bölgədə şagirdlərin 70 faizdən çoxu məktəbi tərk edir.

Hökumətin məktəblərin təhlükəsizliyini təmin etmək üçün verdiyi vədinə baxmayaraq, tənqidçilər hökümətə problemə ya həvəssiz yanaşdığını, ya da həll edə bilmədiyini deyir.

"Biz sadəcə hökumətin vəziyyəti nəzarətə götürdüyünə dair vəd verməsini istəmirik, hökumətin məsuliyyəti qəbul etməsini, bu cür hadisələrin qarşısını alacaq addımlar atmasını istəyirik" - deyə, Nigeriya Müəllimlər Birliyinin sözçüsü Emmanuel Hvande bildirib.

Silahlı şəxslərin bazar günü Milli Vərəm və Cüzam mərkəzinə hücum edərək bir körpə də daxil olmaqla, səkkiz nəfəri qaçırdığı bildirilir.

XS
SM
MD
LG