Accessibility links

Nigeriyada oğurlanan qızlardan 53-ü girovluqdan qaçıb


Keçən ay islamçı Boko Haram qruplaşması tərəfindən oğurlanan nigeriyalı qızlardan bəziləri girovluqdan qaçmağa müvəffəq olub. Onlar deyir ki, qaçmamışdan əvvəl çox əzablı anlar yaşayıblar.

19 yaşlı tələbə Sarah Lavan silahlı oğurluğu sözlə ifadə etməyin çətin olduğunu deyib. Lavanın sözlərinə görə, o, ən azı qaçmağa cəsarət etməyən digər qızlar qədər əzablara məruz qalıb və hazırda girovluqda qalan 276 qızın valideynlərini görəndə özünü saxlaya bilməyərək ağlayır.

Qaçmağa müvəffəq olan 53 nəfər arasında olan 16 yaşlı qız isə deyir ki, əlində AK-47 avtomatı olan bir nəfər ona yemək bişirməyi tapşırıb. Bu zaman isə o, digər iki qızla birlikdə qaça bilib.
XS
SM
MD
LG