Accessibility links

Nigeriyada qaçırılan 279 məktəbli qız sərbəst buraxılıb


Nigeriyanın Zamfara ştatının rəsmiləri qaçırılan 279 məktəbli qızın sərbəst buraxıldığını və tibbi müayinədən keçdikdən sonra ailələrinə qovuşduqlarını bildirib.

Yakubu Sani adlı ata deyir ki, azadlığa çıxan qızının səsini telefonda eşitdikdə "elə bil dünyaya yenidən gəlib".

Polis Kommissarı Abutu Yaro qızların sağlam olduqlarını və sevindiklərini, çərşənbə axşamı müayinə edildikdən sonra qızların ailələrini görmək üçün hökumət idarəsindən Qusau ştatına aparıldığını bildirib.

Yaro qızların sərbəst buraxılmasına hökumətin vasitəçilik etdiyi sülh prosesinin yardım etdiyini deyib.

O, daha ətraflı məlumatın bir qədər sonra veriləcəyini bildirib. Qızları sərbəst buraxarkən onları girovdarların fidyə istəyib-istəmədiyi məlum deyil.

Nigeriya Prezidenti Məhəmmədu Buxari Twitter səhifəsində əməliyyatın dinc yolla sona çatdığından məmnun olduğunu yazıb. Buxari ordunun və polisin adam qaçıranları təqib etməkdə davam edəcəyini deyib və bu kimi cinayətlərə son qoyulmasına yardım üçün ictimaiyyəti cinayətkarlar haqda bildikləri məlumtı paylaşmağa çağırıb.

Rəsmi orqanlar ilk öncə silahlı şəxslərin cümə günü ucqar Cangebe kəndindəki Qızlar üçün Orta Məktəbdən 317 qız qaçırdığını bildirmişdi. Lakin Zamfara ştatının qubernatoru Bello Matavalle qaçırılan qızların ümumi sayının 279 olduğunu bildirib.

XS
SM
MD
LG