Accessibility links

Nigeriyada Boko Haram qrupuna qarşı döyüşən qüvvələrə hücum olub


Nigeriya rəsmilərinin verdiyi məlumata görə, Boko Haram cihadçılarına qarşı mübarizə aparan qüvvələrə qarşı intiharçı hücumu nəticəsində beş nəfər ölüb.

Məlumata əsasən, hadisə çərşənbə axşamı Maiduquri bölgəsinin paytaxtı Borno şəhərində yerləşən və polislər tərəfindən nəzarət edilən keçid məntəqəsində baş verib.

Bomba hücumu nəticəsində daha altı nəfər ağır yaralanıb.

Hücumun məsuliyyətini heç bir təşkilat öz üzərinə götürməyib.

Hadisə Adamava bölgəsinin qonşuluğunda yerləşən Mubi şəhərinin məscid və bazarını hədəf alan və 86 nəfərin ölümü ilə nəticələnən intiharçı hücumundan iki həftə sonraya təsadüf edib.

XS
SM
MD
LG