Accessibility links

Nigeriyada orta məktəbə hücum


Nigeriyanın şimalında islamçı ekstrimist olduğu ehtimal edilən şəxs 59 şagirdi qətlə yetirib. Ölkə prezidenti hücumu qəddar, ağılsız və iyrənc əməl adlandırıb.

Hadisə gecə yarısı Yobe ştatında yerləşən orta məktəbdə baş verib.

Şagirdlər və valideyinlərin Amerikanın səsinə bildirdiyinə görə, hücumçular yataqxanalara od vurub və sonra şagirdləri biçakla öldürüb. Onlar yalnız oğlan şagirdləri hədəf alıb.

Qubernator İbrahim Qaidam bildirib ki, hücum məktəb yaxınlığında yerləşən yoxlama məntəqəsinin əsgərlərinin iş saatının qurtarmasından bir neçə saat sonra həyata keçirilib.

Hücumun məsuliyyətini heç kim üzərinə götürməyib. Ancaq rəsmilər ölkənin şimalını islam dövlətinə çevirmək istəyən Boko Haram qrupunu günahlandırıb. Qrup məscidlərə, kilsələrə, kəndlərə və dövlət müəssələrinə hücumlar daxil olmaqla, 2009-cu ildən bu yana minlərlə insanın ölümündə ittiham edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG