Accessibility links

İnsan haqları qrupu: Nikaraquada etirazlarda 63 nəfər ölüb


Nikaraquada bir qeyri-hökümət təşkilatı cümə axşamı ötən həftə Nikaraquada sosial təhlükəsizlik sisteminə edilən dəyişiklik səbəbilə baş verən etirazlarda 63 nəfərin öldüyünü təsdiq etdiyini bildirib. Hökümət isə bu məlumatı nə təsdiq nə də inkar edib.

İnsan Haqları üzrə Daimi Komissiya bildirib ki, əlavə 15 nəfər itkin düşüb. Onlar həmçinin 160 nəfərin silah atəşindən yaralandığını əlavə edib. Onlardan doqquzu gözünü itirib, iki isə iflic olub.

Qrupun direktoru Markos Karmona “baş verənlər qırğındır” deyib.

Rəsmilər bu açıqlamalara münasibət bildirməyib. Hökümətin bazar ertəsi açıqladığı ən son məlumatda, etirazlarda ölənlərin sayının 12 nəfər öldüuğu bildirilib.

Karmona deyib ki, təşkilatın ölənlərin sayı ilə bağlı hesablamları ölkə boyu əməkdaşlarından gələn hesabatlar nəticəsində dəyişib.

Bir digər qrup, Nikaraqua İnsan Haqları Mərkəzi deyib ki, ölənlərin qohumlarından cəsədlərini ala bilmək üçün, şikayət ərizələri yazmayacaqlarına dair məktublar imzalamaları tələb olunub.

Prezident Daniel Orteqanın höküməti əmək haqqı vergisini azaltmaq və pensiya imtiyazlarını azaltmaq planını həyata keçirmişdi.

Bu qərar genişmiqyaslı etirazlara səbəb olmuşdu. Etirazarda bir çox universitet tələbələri iştirak edib. Nəticədə Orteqa bazar təşəbbüsü ləğv edib. O, cəmiyyətin müxtəlif sektorları ilə danışıqlar aparmağa razılaşıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG