Accessibility links

Amerika Dövlətləri Təşkilatı Nikaraquada bütün siyasi məhbusların azadlığını tələb edir


Amerika Dövlətləri Təşkilatı Nikaraqua prezidenti Daniel Orteqanı 18 iyun tarixinə qədər siyasi məhbusları azad edəcəyi barədə razılığına şərtsiz olaraq əməl etməyə çağırıb.

Çərşənbə axşamı yığıncağı Vaşinqtonda keçirilən Amerika Dövlətləri Təşkilatı Nikaraquadan azad, ədalətli və şəffaf seçkilərlə yanaşı, söz azadlığı və dinc nümayişlərin keçirilməsinə şərait yaratmasını tələb edib.

Nikaraqua hökuməti bazar ertəsi artıq 300-dən artıq siyası məhbusun azad edildiyini bildirib. Rəsmilərin siyasi məhbusların sayının cəmi 132 nəfər olduğunu desə də, müxalifət dəmir barmaqlıqlar arxasında hələ də 500-ə qədər insanın qaldığını deyir.

Nikaraquada siyasi böhran keçən ildən, xalqın işçilərin sosial təminat sistemində islahatlara qarşı keçirilən etirazlardan sonra başladı. O zaman təhlükəsilik qüvvələrinin zorakılıqlarla nəticələnən etiraz aksiyalarına müxadiləsindən sonra etirazlar hökumətə qarşı siyasi nümayişlərə çevrildi. İnsan haqları rmüdafiəçiləri 320-dən çox insanın öldüyünü, iki minə qədərinin yaralandığını bildirib.

Orteqa istefa, ya da erkən seçkilər tələbini rədd edib.

Müxalifət Orteqa hökümətinə təzyiq göstərmək məqsədilə cümə axşamı ölkə boyu ümummilli tətillər keçirməyi planlaşdırır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG