Accessibility links

Nikki Heyli: ABŞ Yaxın Şərq danışıqlarına hazırdır


ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli BMT Təhlükəsizlik Şurasının iclasında Fələstinlilərin prezidenti Mahmud Abbasa ünvanlanmış müracitində bildirib ki, Birləşmiş Ştatlar fələstinlilərlə Yaxın Şərq sülh danışıqlarına hazırdır.

ABŞ prezidentinin kürəkəni və baş müşaviri Cared Kuşner və ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Ceyson Qrinblatt da iclasda iştirak ediblər. Qrinblatt hazırda yeni sülh planı üzərində işləyir. Təhlüksizlik Şurasının 15 üzvü qarşısında nadir hallarda çıxış edən Mahmud Abbasdan sonra danışan Nikki Heyli ABŞ-ın sülh planın detalları barədə bir söz deməyib.

“Bizim vasitəçilərimiz mənim arxamda əyləşib, onlar danışıqlara hazırdır. Lakin bir sizin arxanızda düşməyəcəyik. Seçim, cənab prezident, sizindir”, Heyli bildirib.

Fələstinlilərin lideri Mahmud Abbas
Fələstinlilərin lideri Mahmud Abbas

Abbas onu dinləmək üçün zalda qalmayıb.

Fələstinlilər Vaşinqtonu artıq neytral vasitəçi hesab etmir. Mahmud Abbas çərşənbə axşamı günü bu il Yaxın Şərq üzrə beynəlxalq konfransın keçirilməsinə çağırıb.

Fələstinlilər Tramp administrasiyasının Qüdsü İsrailin paytaxtı kimi tanımaq və ABŞ-ın BMT-nin fələstinli qaçqınlara yardım edən agentiyinə maliyyə dəstəyini kəsmək qərarını qəzəblə qarşılayıb.

ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Ceyson Qrinblatt
ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Ceyson Qrinblatt

“Bu gün bir ölkənin, ya da bir dövlətin regional, ya da beynəlxalq münaqişəni özünün həll etməsi mümkün deyil. Beynəlxalq konfransdan irəli gələn beynəlxalq mexanizmin hazırlanması olduqca mühümdür”, Abbas bildirib.

Mahmud Abbas deyib ki, konfransda fələstinlilər, İsrail, BMT-nin beş daimi üzvü olan Birləşmiş Ştatlar, Rusiya, Çin, Britaniya və Fransa, eləcə də BMT iştirak etməlidir.

İsrailin BMT-dəki səfiri Danni Danon Təhlükəsizilk Şurasına bildirib ki, Abbas özü problemin bir hissəsidir və “irəliyə getməyin yeganə yolu İsrail və fələstinlilər arasında birbaşa danışıqlar” aparmaqdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG