Accessibility links

Nikki Heyli Rusiya və İrana İdlibdə hərbi əməliyyatla bağlı xəbərdarlıq edib


ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli deyib ki, Birləşmiş Ştatlar Suriyanın İdlib bölgəsində hər hansı genişmiqyaslı əməliyyatı müharibədə “düşünülməmiş bir şəkildə” gərginliyin artırılması kimi nəzərdən keçirəcək. O, Rusiyanı İdlibdə fəlakətin qarşısını almağa çağırıb.

“Rusiya İdlibdə fəlakətin qarşısını almaq gücünə malikdir. Onlar qətlləri dayandırmaq gücünə malikdir”-deyə, Nikki Heyli bildirib.

İdlibdə təxminən üç milyon insanın yaşadığı bildirilir. BMT dəfələrlə hərbi eskalasiyanın fəlakətə gətirib çıxaracağı ilə bağlı xəbərdarlıq edib.

İdlib və yaxınlıqdakı ərazilərdə sakinlər bölgəni tərk edir
İdlib və yaxınlıqdakı ərazilərdə sakinlər bölgəni tərk edir

BMT bildirib ki, üsyançıların son istinadgahı olan İdlibdə genişmiqyaslı hücum 1 milyon uşaq daxil olmaqla, bölgədə yaşayan təxminən 3 milyon insanın həyatını risk qarşısında qoyur.

De-eskalasiya zonası

Çərşənbə axşamı günü Təhlükəsizlik Şurasında iclas Rusiyanın müraciəti əsasında çağırılıb. Görüşdə Astana qarantorları və “troika” kimi tanınan Rusiya, İran və Türkiyə liderlərinin keçən həftə zirvə görüşünün nəticələri ilə bağlı məlumat verilib. Bu ölkələr Suriyada dörd de-eskalasiya zonasının yaradılmasını təklif edir. Buraya, İdlib, Hama, Şərqi Quta və Suriyanın cənubu daxildir. İdlibdən başqa bütün üç bölgə artıq Suriya rejiminin nəzatərinə qaytarılıb.

“Rusiya, İran və Əsəd İdlibi dağıdır və bizim bunu sülh adlandırmağımızı istəyir. Lakin reallıq budur: Astana uğursuzluğa uğrayıb. Zorakılığı dayandıra bilməyib və siyasi həll yolunu tapmağı bacarmayıb”-deyə, Nikki Heyli bildirib.

Rusiya, İran və Əsəd İdlibi dağıdır və bizim bunu sülh adlandırmağımızı istəyir.

ABŞ-ın səfiri potensial hərbi eskalasiyanın gücləndirilməsi ilə bağlı xəbərdarlıq edib. O, Rusia və İran tərəfindən dəstəklənən Bəşar Əsəd rejiminin bu yolu davam etdirdiyi halda “bunun nəticələrinin dəhşətli” olacağını deyib.

Heyli həmçinin Vaşinqtonun kimyəvi silahlardan istifadə edilməsinə tolerantlıq göstərməyəcəyi ilə bağlı xəbərdarlıq edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Gürcüstanda hökumətin istefasını tələb edən yeni kütləvi mitinq keçirilib
please wait

No media source currently available

0:00 0:10:11 0:00
XS
SM
MD
LG