Accessibility links

Nikol Paşinyan Dağlıq Qarabağa dair sualları cavablandırıb


“Milanda həmsədrlərlə görüşdə Ermənistan və Azərbaycanın xarici işlər nazirləri hansısa məlumatı razılaşdırıblar və deyilib ki, bunu uzun müddət razılaşdırmaq olmurdu, amma indi razılaşdırılıb. Son 25 ildə çox bəyanatlar olub”.

AzadlıqRadiosunun erməni xidmətinin məlumatına görə, bu sözləri dekabrın 19-da jurnalistlərlə söhbəti zamanı Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Qarabağ məsələsində yenilik varmı?” sualına, Paşinyan “Yox, təzə heç nə yoxdur” cavabını verib.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan dekabrın 19-da deyib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT xarici işlər nazirlərinin Milanda keçirilən Nazirlər Şurası çərçivəsində görüşü zamanı əldə olunmuş razılaşmalar Ermənistan XİN tərəfindən dərc olunub.

Jurnalistlər Anna Naqdalyandan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdə əldə edilmiş “hansı qarşılıqlı anlaşmadan” söhbət getdiyini soruşmuşdular.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Milanda ermənistanlı həmkarı Zohrab Mnatsakanyanla görüşü barədə məlumat verərkən Dağlıq Qarabağ münaqişəsinə dair “müəyyən qarşılıqlı anlaşmaların” əldə olunduğunu bildirmişdi.

Elmar Məmmədyarovun bu bəyanatı ilə bağlı suala cavab verərkən Ermənistan XİN-in sözçüsü deyib ki, Zohrab Mnatsakanyan və Elmar Məmmədyarov “yaranmış dinamikanı saxlamaqla yaxın gələcəkdə görüşləri davam etdirmək barədə razılığa gəliblər”.

Son zamanlar bir sıra Ermənistan siyasətçiləri Paşinyan hökumətinin Dağlıq Qarabağ siyasəti barədə narahatlıq ifadə edir.

XS
SM
MD
LG