Accessibility links

Floridada məktəbə silahlı hücum edən şəxsin ilk məhkəməsi keçirilib [Video]


Floridada məktəbə silahlı hücum edən şəxsin ilk məhkəməsi keçirilib
please wait

No media source currently available

0:00 0:02:41 0:00

Floridada məktəbə silahlı hücum edən şəxsin ilk məhkəməsi keçirilib

İlk məhkəməsinə çıxarılan Nikolas Kruz 17 nəfəri öldürməkdə günahlandırılaraq zaminə buraxılmamaq şərti ilə həbsdə saxlanılıb.

Kruz çərşənbə günü Parkland şəhərindəki məktəbdə silahlı hücum edərək, insanları öldürməsi səbəbindən həbs edilmişdi.

Prezident Donald Tramp Ağ Evdə çıxış edərək hadisə nəticəsində həyatını itirən şəxslərin yaxınlarına başsağlığı diləyib.

“Nifrətə qarşı gərək sevgi və qayğı ilə cavab verək. Biz ölkəmizdə dərin və mənalı insan münasibətlərinə qucaq açacaq mədəniyyət qurmaq üçün birlikdə çalışmalıyıq.” - deyə, Tramp bildirib.

Tramp silahlara nəzarətlə bağlı narahatlıqlar məsələsinə toxunmayaraq daha çox psixi sağlamlığa fokuslanıb.

“Biz məktəblərimizin təhlükəsizliyi və psixi sağlamlıq probleminin həllinə kömək etmək üçün dövlət və yerli liderlərlə işləməyə borcluyuq." - deyə, ABŞ prezidenti əlavə edib.

Ancaq Demokratlar kütləvi qırğınların qarşısının alınması üçün silahlara nəzarət tədbirləri tələb edirlər.

“Biz bir daha şahidi oluruq ki, silahlı zorakılığın qarşısını almaq üçün Konqres vaxt itirmədən hərəkətə keçməlidir.” - deyə, demokrat nensi Pelosi qeyd edib.

Konqresmen Mayk Tekin deyir ki, silah alıcıları üzərində sərt şəkildə təhlükəsizlik yoxlanışına başlanılmalıdır.

Lakin Respublikaçılar, o cümlədən Florida ştatının senator Marko Rubio faciəyə başqa cür reaksiya veriblər.

“İnsanlar hirslidir. Onlar bilmək istəyir ki, biz niyə heç bir şey etmirik. Ancaq biz nəisə etmək xətrinə yox, işə yaracaq bir şeylər etməliyik." - deyə, Marko Rubio jurnalistlərə bildirib.

Floridada isə yerli rəsmilər ictimaiyyəti sakitləşdirməyə çalışır. Ancaq bütün kədər və yasa baxmayaraq məktəb direktoru olan Robert Runsi düşünür ki, silah zorakılğı ilə bağlı narahatlıqlara son qoymağın vaxtı çatıb.

“Artıq ölkədəki silah qanuna olunmalı dəyişiklər haqqında müzakirəyə başlamağın vaxtı çatıb.” - deyə, Robert qeyd edib.

Şagirdlər və valideynlər bir araya gələrək sağ qalanlar üçün şükür edib, heç vaxt evlərinə dönməyənlər üçün isə dua ediblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG