Accessibility links

Maduro 30 gün ərzində elektrik probleminin aradan qaldırılacağını vəd edib


Venesuela prezidenti Nikolas Maduro bazar günü dövlət televiziyası ilə etdiyi müraciətində 30 gün ərzində elektrik probleminin aradan qaldırılacağını elan edib.

Maduro 30 gün ərzində elektrikə qənaət etmək məqsədi ilə müvəqqəti məktəblərin bağlı olacağını və iş saatlarının azaldılacağını bildirib.

“Biz diqqətimizi qaranlıq səbəbindən yararsız vəziyyətə düşən hər bir avadanlığı dəyişməyə, düzəltməyə və yenidən inşa etməyə yönəltmişik. Biz özünü idarə edən yük rejimi vasitəsilə tədricən xalqımızı elektriklə yenidən təmin etməyə başlayacağıq” deyə Nikolas Maduro bildirib.

Davamlı şəkildə işıq keçmələri bazar günü Karakas sakinlərinin etiraz aksiyaları keçirməsinə səbəb olub. Onlar küçələrdə zibil yeşiklərini yandırıb, prezident Maduroya təhqir ifadələri səsləndirib.

“Biz acıq, müəllimlər acdır. Xəstələr ölür. Nikolas dayanmalıdır. Prezident oturacağı sənin üçün və sənin kommunistliyin üçün çox böyükdür. Biz sənə deyirik, bura Kuba deyil, bura Venesueladır və biz azadlıq istəyirik” deyə Maduro əlehdarı, Hose Antonio bildirib.

Maduro eketrikin kəsilməsini ABŞ təxribatı adlandırır.

Müxalifət lideri Huan Quaydo baş verənlərdə hökumətin laqeyidliyini və idarəçilikdə məsuliyyətsizliyi səbəb gətirir.

Quaydo Milli Məclisin sədri kimi özünün konstitusional səlahiyyətindən istifadə edərək, Maduro prezidentliyini qeyri-qanuni elan edərək bildirib ki, dekabrda keçirilən seçkilərdə saxtakarlıq nəticəsində o, yenidən prezident seçilib.

ABŞ və təxminən 50 ölkə Quaydonunun prezidentliyini tanıyıb. Rəsmi Vaşinqton Venesuela hökumətinə qarşı bir neçə sanksiyalar tətbiq edib.

Lakin Maduro hakimiyyətdən getməkdən imtina edir.

XS
SM
MD
LG