Accessibility links

Maduro Trampın Venesuela ilə bağlı çıxışına cavab verib


Nikolas Maduro
Nikolas Maduro

Venesuela prezidenti Nikolas Maduro deyib ki, Birləşmiş Ştatlar ölkəsini hərbi müdaxilə ilə hədələyir.

Maduro bu açıqlamanı çərşənbə günü Zulia ştatında yerləşən hərbi bazada əsgərlər önündə çıxış edərkən verib.

“ABŞ imperiyası, Amerika Birləşmiş Ştatlarının prezidenti cənab Donald Tramp bizi hədələyib. O deyib ki, o, Venesuelaya qarşı hərbi müdaxiləyə hazırlıqlar görür, sanki Venesuelanı sevən yoxdur, sanki Venesuelanı müdafiə edəcək heç kim yoxdur, sanki Venesuelada vətənpərvərlər yoxdur, sanki Venesuelanın milli Bolivar silahlı qüvvələri və insanları yoxdur” - deyə, Maduro bildirib.

Donald Tramp illik hesabat məruzəsi zamanı Maduroya təzyiqi artıracağına söz verib və Birləşmiş Ştatların Venesuela xalqını dəstəklədiyini deyib.

İndiyədək artıq özünü prezident elan edən və Venesuelada demokratiyanı bərpa etmək üçün Maduronu istefaya məcbur edəcəyinə ümid edən müxalifət lideri Xuan Quaydoya dəstəyini ifadə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG