Accessibility links

Nikolas Maduronun həyatına sui-qəsd cəhdində ABŞ günahlandırılır


Venesuala hakimiyyəti ölkə prezidenti Nikolas Maduronun həyatına sui-qəsd cəhdində ABŞ-ı günahlandırıb.

Hakimiyyətin bəyanatına görə insident avqustun 4-də paytaxt Karakasda keçirilən hərbi tədbir zamanı baş verib.

Sosial şəbəkələrdə yayılan videoda Maduro çıxış edərkən partlayış səsi eşidilir və xilasedicilər dərhal xüsusi qoruyucu qalxanlarla prezidenti dövrəyə alıb. Maduronun özü isə yuxarıya baxır. Məlumata görə insident zamanı 7 əsgər xəsarət alıb.

Venesuela hakimiyyətinin məlumatına görə, Maduronu partlayıcı qoyulmuş dronlarla öldürmək istəyirmişlər. Snayperlər dronları hədəfə çatmamış vurublar.

Amma videoda həmin dronlar görünməyib.

Artıq istintaq çərçivəsində saxlananlar olduğu bildirilir.

Reutes agentliyinin məlumatına görə, buna görə cavabdehliyielə də çox tanınmayan“köynəkli əsgərlər milli hərəkatı” adlı üsyançı qrup üzərinə götürüb.

Associated Press agentliyi isə hadisə yerində olan yanğınsöndürənlərə istinadla, Maduronun ətrafında heç bir dron görünmədiyini xəbər verir.

Keçmiş-mərhum prezident Ugo Çavesin davamçısı Nikolas Maduro bu ilin mayında yenidən prezident olub. Seçkidən öncə xeyli müxalifət təmsilçisi həbs edilib və ya seçkidən kənarlaşdırılıb.

Bir sıra Latın Amerikası ölkələri seçkinin nəticələrini tanımayıb. ABŞ isə Venesuelaya qarşı sanksiyaları kəskinləşdirib.

2017-ci ildə ölkədə keçirilən kütləvi etirazlardan sonra (Həmin etiraz aksiyalarında 120-dən çox adam ölmüşdü) Maduro təsis yığıncağı yaradaraq, müxalifətin çoxluq təşkil etdiyi parlamentin səlahiyyətlərini ləğv edib.

Venesuela hazırda ağır iqtisadi böhran içindədir, ölkə valyutası məzənnədən kəskin düşüb, bu günlərdə hakimiyyət vəziyyətdən çıxmaq üçün milli valyitadan 5 sıfırı silib.Amma şərhçilər hesab edir ki, bu vəziyyətdən çıxış yolu deyil.Ölkədə ərzaqq və dəva-dərman qıtlığı yaranıb. Mağazalarda piştaxtalar boşdur.

Ölkə sakinləri ərzaq dalınca qonşu ölkələrə üz tutur və ya mühacirətə gedirlər.

ABŞ-ın təhlükəsizlik müşaviri Con Bolton Amerikanın Maduroya qarşı sui-qəsd cəhdində əli olduğunu inkar edib.

Dünyaya Baxış

Dünyaya Baxış - 27 iyul 2021
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerika İcmalı

Amerika İcmalı - 23 İyul 2021
please wait

No media source currently available

0:00 0:29:57 0:00
XS
SM
MD
LG