Accessibility links

“Nikoyl” Bankının vəzifəli şəxsləri həbs edilib


“Nikoyl” İnvestisiya Kommersiya Bankı (İKB) Açıq Səhmdar Cəmiyyətinin (ASC) Sumqayıt filialının vəzifəli şəxsləri həbs edilib.

Bu barədə Baş Prokurorluğun mətbuat xidminin fevralın 14-də yaydığı məlumatda deyilir.

Məlumatda bildirlir ki, “Nikoyl” İKB ASC-nin Sumqayıt filialının vəzifəli şəxslərinin əməlləri barədə daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Söhbət filialın müdiri Ruslan Talıbovdan, digər vəzifəli şəxslər Vüsal Qasımov, Nazim İsmayılov və Elşən Xıdırovdan gedir. Onların vəzifə səlahiyyətlərindən sui-istifadə edərək kredit vermək əvəzinə rüşvət almalarına şübhələr olduğundan cinayət işi başlanıb.

“Bundan başqa, istintaqın gedişində qeyd olunan vəzifəli şəxslərin vətəndaşların krediti ilə aldıqları 451 min məbləğində olan əmlaklarını və nağd pul vəsaitlərini kreditin ödənişinə yönləndirəcəkləri adı ilə aldadaraq ələ keçirdiklərinə dair şübhələr müəyyən olunub”, rəsmi açıqlamada qeyd olunur.

Həmin şəxslər Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq), 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilirlər.

Ruslan Talıbov, Vüsal Qasımov və Elşən Xıdırov barəsində məhkəmənin qərarı ilə həbs, Nazim İsmayılov barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.

Rəsmi açıqlamaya “Nikoyl” İKB ASC-nin Sumqayıt filialının sözügedən vəzifəli şəxslərinin və ya onların vəkillərinin münasibətini almaq mümkün olmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Makron Fransanın Mübahisəli Pensiya İslahatını davam etdirir
please wait

No media source currently available

0:00 0:10:55 0:00
XS
SM
MD
LG