Accessibility links

Nikola Sarkozi: İran rəhbərlərinin tutub getdiyi yol çox təhlükəlidir


Nikola Sarkozi: İran rəhbərlərinin tutub getdiyi yol çox təhlükəlidir
Nikola Sarkozi: İran rəhbərlərinin tutub getdiyi yol çox təhlükəlidir

ABŞ rəsmiləri oktyabrın 11-də Sepah-ın “Qüds” qanadının Səudiyyə Ərəbistanı və İsrailin Vaşinqtondakı səfirliklərinə hücum planını və Səudiyyə Ərəbistanının səfirini qətlə yetirmək cəhdini zərərsizləşdirdiyini açıqlayıb.

Oktyabrın 18-də jurnalistlərə açıqlama verən Fransa prezidenti Nikola Sarkozi Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirinə terror planından və bu işdə ittiham olunan İrandan danışıb.

“Media forum” saytının məlumatına görə, Nikola Sarkozi deyib ki, Tehranın terror planında rolu haqda ABŞ-ın əldə etdiyi məlumatlar mükəmməl və dəqiqdir: “Qərb İrana qarşı təzyiqləri şiddətləndirməlidir. Amerikalıların təfərrüatı ilə göstərdiyi sənədlər tam mükəmməl, dəqiq və kifayət qədərdir. İran rəhbərlərinin tutub getdiyi bu yol çox təhlükəlidir. İranın öz qonşuları ilə rəftarını, onun nüvə fəaliyyətinin istiqamətini nəzərə alaraq Qərb İrana qarşı sanksiyaları gücləndirməlidir”.

ABŞ rəsmiləri oktyabrın 11-də İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) “Qüds” qanadının Səudiyyə Ərəbistanı və İsrailin Vaşinqtondakı səfirliklərinə hücum planını və Səudiyyə Ərəbistanının bu ölkədəki səfiri Adil əl-Cəbiri qətlə yetirmək cəhdini zərərsizləşdirdiyini açıqlayıb. Bildirilir ki, terror əməliyyatına “Qüds” üzvü olan iki İran vətəndaşı rəhbərlik edib. Bunlardan biri hazırda tutulub həbsdə saxlanan Mənsur Ərbab Siyar (o həm də ABŞ vətəndaşıdır), digəri isə İrana qaçan Qulam Şəkuridir.

XS
SM
MD
LG