Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Mujnieks Bakı məhkəməsinin Leyla Yunusun 8 il 6 ay, Arif Yunusun isə 7 il müddətinə azadlıqdan məhrum edilməsi hökmünə görə dərin narahatlığını bildirib.
O, Azərbaycanda insan hüquqları müdafiəçilərinin cinayətkarlıq ittihamları ilə həbs edilməsinə dair hökmü repressiyalara sübut adlandırıb.
Nils Mujnieks ötən aprel ayında Leyla və Arif Yunuslar və digər insan hüquqları müdafiəçilərinin həbs edilməməsi çağırışı ilə Avropanın İnsan Haqları Məhkəməsinə müraciət etdiyini deyib.
O, Azərbaycanın səlahiyyətli nümayəndələrini repressiyalara son qoymağa, insan haqları, demokratiya və qanunun aliliyi kimi dəyərlərə hörmətlə yanaşmağa və Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə əməə etməyə çağırıb.