Accessibility links

İnsan hüquqları komissarı gənc fəallara işgəncədən narahatdır


Nils Mujnieks
Nils Mujnieks

İnsan hüquqları üzrə Avropa komissarı Nils Mujnieks Azərbaycanda gənc fəallar Qiyas İbrahimov və Bayram Məmmədova qarşı zorakılığı pisləyib.

Turan agentliyinə verdiyi şərhdə Mujnieks belə yazıb:

“Bakıda polis bölməsində iki gənc fəala – Bayram Məmmədova və Qiyas İbrahimova qarşı amansız rəftar haqqında məlumatlardan çox narahatam.

Gənclər mayın 10-da Azərbaycanın eks-prezidentinin abidəsinin üzərinə yazı yazdıqdan və bunun foto şəklini sosial şəbəkələrdə yerləşdirdikdən sonra şübhəli narkotik saxlamaq ittihamı ilə saxlanılıblar.

Onların vəkili bədənlərində qançırlar görüb, Bayram Məmmədov isə məruz qaldığı amansız rəftar haqqında ətraflı hesabat yazıb.

Mən hakimiyyəti amansız rəftar haqqında bu iddiaların tam və səmərəli araşdırmasının həyata keçirilməsini təmin etməyə çağırıram”.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG