Accessibility links

İslam Dövləti qrupunun nəzarətində olan Nimrud şəhəri geri alınıb


İraq ordusunun bildirdiyinə görə, İslam Dövləti qrupunun nəzarətində olan Nimrud şəhəri geri alınıb.

İraqın Birgə Əməlyyatlar Komandanlığı ordunun 9-cu diviziyasının şəhəri yaraqlılardan tam təmizlədiyini və orada İraq bayrağının yüksəldildiyini bildirib.

Düşmən tərəfin ağır itki verdiyi deyilir.

Nimrud yaraqlılar tərəfindən məhv edilən qədim Assuriya partaxtı yaxınlığında yerləşir. Qüvvələrin memarlıq abdilərini ələ keçirib-keçirmədiyi bəlli deyil.

İŞİD-in 2015-ci ildə yaydığı videoda qədim abidələr, yazılar, divar üzərindəki görüntülərin elektrik drellə dağıdıldığı göstərilmişdi.

Nimrud İraq qüvvvələrinin İslam Dövləti ilə qızğın döyüşlər apardığı Mosuldan 30 km cənubda yerləşir.

Hökumətin Mosul döyüşlərinə 100 min əsgəri qüvvə göndərməsinə baxamayaraq, mübarizənin uzun sürəcəyi təxmin edilir.

Qaçqın agentlikləri 50 min insanın didərgin düşdüyünü bildirir.

700 min insanın ərzaq, dərman və digər ləvazımata ehtiyacı var.

XS
SM
MD
LG