Accessibility links

Nina Oqnianova: Mehman Əliyev və Turan agentliyi Azərbaycanda müstəqil informasiya verdiklərinə görə cəzalandırılır


Jurnalistləri Müdafiə Komitəsinin Avropa və Cənubi Qafqaz bölgəsinin koordinatoru Nina Oqnianova Amerikanın Səsinə Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin saxlanması ilə bağlı xəbərlərə münasibət bildirib.

"Təbii ki biz Mehman Əliyevin saxlanması ilə bağlı xəbərlərə görə çox narahatıq. Biz tamamilə əminik ki, bu, siyasi motivli cinayət təqibidir. Bizim bildiyimizə görə o, informasiya agentliyinə qarşı işlə əlaqədar şahid qismində saxlanılıb. Lakin onun statusu bunun nəticəsi olaraq qısa zamanda şübhəli kateqoriyasına aid edilib. O, 48 saatdır saxlanır və onun bundan daha artıq saxlanacağı mümkündür. Amma bura Azərbaycandır. Burada siyasi motivli işlərdən tənqidi jurnalistlər, müstəqil mediaya qarşı istifadə edilir. Buna görə də ittihamlar jurnalistikaya aid olmasa da, bizdə heç bir şübhə yoxdur ki, Mehman Əliyev və onun Turan agentliyi Azərbaycanda müstəqil informasiya verdiyinə görə cəzalandırılır.”

Nina Oqnianova Jurnalistləri Müdafiə Komitəsinin avqustun 16-da Vergilər Nazirliyinin əməkdaşlarının Turan agentliyinin ofisində axtarışla bağlı açıqladığı bəyanatını şərh edib.

Mehman Əliyev
Mehman Əliyev

“Azərbaycanın müstəqil mediası üçün bu yay çox çətin oldu. Daha doğrusu, bu mediadan nə qalıbsa…Bu yay ayları jurnalistlərin saxlandığı, təzyiqlərə məruz qaldığı, həbs edildiyi bir sıra hallarla müşayiət oldu. Bu kimi indiyə qədər görünməmiş hallardan birində jurnalist zorla Gürcüstandan Azərbaycana gətirilib. Və belə hallar artır və bununla Azərbaycan Avrasiya regionunda mətbuat azadlığının ən çox senzuraya və repressiyalara məruz qoyulduğu ölkəyə çevrilir. Biz hökumətə mətbuat və ifadə azadlığına hücumları dayandırmaq və Azərbaycan qanunları və qanun aktlarından hökumətin tənqidçilərini və hökumətin siyasətini müstəqil və tənqidi şəkildə işıqlandıran jurnalistləri cəzalandırmaq üçün vasitə kimi istifadə etməsinə son qoymaq haqda çağırışlarımızı davam etdiririk. Bunun əvəzinə biz hakimiyyəti yeni səhifə açmaq qərarı verərək, Azərbaycanın nəzəriyyədə də olsa, üz tutduğu beynəlxalq dəyərləri dəstəkləməyə səsləyirik.”

XS
SM
MD
LG