Accessibility links

Nina Simon - Qaradərililərin azadlıq carçısı [Musiqili proqram]


Bu, Nina Simonun bəstələdiyi və ifa etdiyi “Young, Gifted and Black” – “Gənc, İstedadlı və Qara” mahnısıdır. 1960-cı illərdə Vətəndaş Hüquqlarının Müdafiəsi Hərəkatı bu mahnını qaradərililərin milli mahnısı elan etmişdi.

Nina Simon Qaradərililərin azadlıq simvolu
please wait

No media source currently available

0:00 0:07:20 0:00
Direct link



Nina Simon muqisi fəaliyyətinə erkən yaşlarında başlamışdı. O, artıq 3 yaşında ikən pianoda mahnılar çalırdı.

Əsl adı Yunis Ketlin Veymon olan Nina Simon 1933-cü ildə Şimali Karolina ştatının Trion şəhərində anadan olub. O zamanlar onun valideyinlərinin bir neçə biznesi var idi. Yunisin anası kilsədə həmçinin Metodist ruhani idi. 10 nəfərdən ibarət ailə yaxşı dolanırdı. Lakin Birləşmiş Ştatlardakı iqtisadi böhran onlara da öz təsirini göstərdi. Evə gələn gəlirin azalmasl ilə onlar daha kiçik evə köçməli olur.

Yunisin anası şəhərlərindəki ağdərili qadının evində işə düzəlir və onun evini yığışdırır. Həmin qadın pianoda çalırdı. O, qulluqçusuna Yunisin piano kursları almasını təklif edir. Lakin qadın onların kurslara verməyə pulları olmadığını bildirir. Həmin qadın Yunisin musiqi kurslarının birinci ilinin pulunu ödəyəcəyini söyləyir. Sonralar Nina Simon ilk piano müəllimini, ingiltərəli qadını sevdiyini, həmin qadının onun musiqi fəaliyyətində böyük yardımı olduğunu yazırdı.

Yunis Veymon-Nina Simonun ictimaiyyət qarşısında ilk çıxışı 11 yaşında olub. İnsanlar gənc pianoçunun təhsilini davam etdirməsi üçün maddi yardım edirdi. Nina Simon konsertləri zamanı insanlara ona etdikləri yardımın boşa çıxmadığını göstərməyə çalışırdı.

Bir dəfə Nina Simon şəhər meriyasında konsert verirdi. Səhnəyə çıxdıqdan və çalmağa başlamazdan əvvəl o, birinci sırada oturmuş valideynlərinin qovulduğunu gördü. Orada bir ağ ailə oturmalı idi. Lakin onun valideynləri müqavimət göstərmədi.

Gənc pianoçu ayağa qalxdı və dedi ki, əgər valideynləri öz yerlərinə qaytarılmasa çalmayacaq. Onlar yerlərində oturandan sonra konsert başlandı.

Bu hadisədən sonra Nina Simon yazırdı ki, o, bundan sonra irqi ayrıseçkiliyin eybəcərliklərini aşkar görməyə başladı. Nina öz narazılığını ifadə etməkdə davam edirdi. O, Amerikada qaradərililərə münasibətə nifrətini ən məşhur mahnılarından birində ifadə edib. Bu mahnı “Missisipi Goddam” adlanır.

Nina Simon orta məktəbi 1950-ci ildə bitirdi və təhsilini davam etdirmək üçün Nyu-Yorka, məhşhur Cillard musizi məktəbinə getdi. Nina məktəbin bir illik ödənişini ona verilən pul mukafatları ilə ödədi.

Məktəbdə bir il oxuduqdan sonra Nina özünü dolandırmağa başladı. Bir ara o, özəl dərslər verdi, sonra isə Nyu-Cersi ştatının Atlantik City şəhərində yay mövsümü işi tapdı. Atlantik City-də Nina gecə restoranda piano çalırdı. Burada o, oxumağa da başladı. Nina ilk dəfə idi ki, cəmiyyət qarşısında oxuyurdu. Beləliklə, onun müğənni fəaliyyətinə start verilir.
Spirtli içkilərdən istifadə edilən restoranda işləyən Yunis Veymon adını dəyişməli oldu. Çunki o, valideynlərinin onun gecələr restoranda işlədiyini bilmələrini istəmirdi. O, Nina Simon kimi tanınmağa başladı.

Nina Simonun ilk albomu 1958-ci ildə işıq üzü görür. Albomun adı “Little Girl Blue” – “Balaca mavi qız” idi. Albomdakı mahnılardan biri, Corc Gerşvinin “Porgi və Bess” operasına əsasən yazılan “I Loves You, Porgy”- “Mən səni sevirəm, Progi” radio-hit oldu.

Nina Simon 1960-cı illərdə Vətəndaş Hüquqlarının Müdafiəsi Hərəkatının fəallarından idi. O, etiraz musiqiçisi kimi tanınırdı. Nina Simon müxtəlif janrlarda musiqi ifa edirdi, bluz, caz, rok və s.

Nina Simon Birləşmiş Ştatları 1973-cü ildə tərk edib. Bu addım qaradərililərə qarşı haqsızlıqlara reaksiya idi. Nina Simon 2003-cü ildə Fransada vəfat edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG